Tagiyeddin - Wikipedia
Tağıyəddin – (ərəbcə: تقي الدين محمد بن معروف الشامي السعدي) türk müsəlman filosofu, astronomu və mühəndisi olmuşdur.
Tağıyəddin | |
---|---|
Doğum tarixi | 14 iyun 1526[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1580-ci illər[1][2][…] və ya 1585[3] |
Vəfat yeri | |
Elm sahəsi | Nadin[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO, 1525-ci ildə Dəməşqdə anadan olmuş və 1585-ci ildə Türkiyədə vəfat etmişdir. Fəaliyyətinin əvvəlində Tağıyəddin, müsəlman teoloqu kimi müəyyən kitablar yazır. Bu kitablardan biri, ona dünya şöhrəti gətirən, 1551-ci ildə Dəməşqdə yazılmış, "Ruhani maşınların tətbiqi" (ərəbcə: Əl-Turuq Əl-saniyya Fi l-alat ar-ruhaniyya) adlı əlyazmasıdır. Bu əlyazma İrlandiyanın Dublin şəhərinin kitabxanasında saxlanılır. Əl-Həsən bu kitabı təhlil edərək, müxtəlif alətləri və maşınları cizgilər, fotolar və mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir [1,2]. Bu iş müxtəlif alimlər tərəfindən araşdırılmış və orada təsvir olunmuş saatların, tərəzilərin, nasosların, su turbinlərinin və başqa maşınların konstruksiyaları öyrənilmişdir. Tağıyəddinin bu kitabında təsvir olunmuş bir nasosun müasir avtomobil mühərriklərinin yaranmasındakı rolu onun işləmə prinsipini araşdırdıqda aydın görünür.
Şəkil 1-də altı silindrli su nasosunun sxematik təsviri verilmişdir. Bu nasosu hərəkət etdirmək üçün enerji mənbəyi kimi axar sudan (çaydan) istifadə edilmişdir. Axar suya salınmış pərlər fırlanaraq dirsəkli valı hərəkət etdirirlər. Dirsəkli val döndükdə onunla əlaqədə olan qolları aşağıya itələyir. Bu qollar onların altında yerləşdirilən dayaq ətrafında dönür. Qolların digər ucları nasosun kolbaları ilə əlaqədə olur. Qol döndükdə, yəni aşağıya itələndikdə o, kolbaya bərkidilmiş yükü yuxarıya qaldırır. Yüklə bağlı olan kolba yuxarı qaldırıldıqda silindirdə vakum yaranır və silindirin dibindəki deşikdən su sorulur. Təsvir olunmuş su nasosu öz dövrü üçün ən təkmil və mütərəqqi bir mühəndis fikrinin məhsulu idi. Bu mexanizmin işləmə prinsipi sonralar Avropada ixtira edilmiş buxar maşınlarında və daha sonra daxiliyanma mühərriklərində tətbiq edilmişdir.
Tağıyəddinin işlərində pnevmatik qurğularla bərabər yükqaldıran mexanizmlərə də yer verilmişdir. Burada Tagıyəddin polipastın o dövr üçün ən inkişaf etmiş növünü təsvir edir. Bu polipastla oxşarlığı olan mexanizmə sonralar Leonardo da Vinçinin işlərində rast gəlinir. Kitabda özünə yer almış, dişli çarxlarla işləyən yükqaldıran qurğu da böyük maraq kəsb edir. Burada Tağıyəddin dişli çarx ötürməsinin üstünlüyündən istifadə edərək kiçik qüvvə tətbiq etməklə böyük yükü (təxminən 1450 kq) qaldırmaq üçün mexanizm təklif etmişdir (şəkil 2).
Astronomiya sahəsində Tağıyəddinin işləri əsasən İstanbul rəsədxanası ilə bağlıdır. O 1577-ci ildə İstanbulda mükəmməl bir quruluşa malik rəsədxana tikdirir. Rəsədxanada kitabxana, işçilərin və alətləri saxlmaq üçün otaqıar mövcud idi. Bu alətlərlə Taqəyəddin planetlərin, günəşin və ayın hərəkətlərini ölçmək və bununla köhnə cədvəli təzələməyə çalışmışdır.Bu rəsədxanada o şahın icazə verdiyi astronomik alətləri saxlya bilidri. Tarixi dəllilərə görə sonralar Tixo Brahanın ixtira etdiyi sekstantı da ilk dəfə olaraq Tağəyəddin düzəltmişdir və onu İstanbul rəsədxanasında tətbiq etmişdir. Bundan əlavə burada çoxlu sayda astrolablar, azimutlar və o dövr üçün başqa mükəmməl astronomik cihazlar saxlanırdı. Ən dəyərli qurğu isə onun "Müşahidə saatı" idi. Bu mexaniki saatla saatı, dəqiqəni və saniyəni ölçmək olurdu. Bu saat XVİ əsrin ən mühüm texniki nailiyyətlərindən sayılırdı, çünki başqaları onu kimi dəqiq deyildi.
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Taqī al‐Dīn Abū Bakr Muḥammad ibn Zayn al‐Dīn Maʿrūf al‐Dimashqī al‐Ḥanafī // Biographical Encyclopedia of Astronomers (ing.). Springer Science+Business Media, 2007.
- ↑ (not translated to ota) كشف الظنون عن أسامي الكتب والفنون (осман.). 1633.
Mənbə
redaktə- Al-Hasan, Ahmad Y. Tagiyaddin wa-l-handasa al-mikanikiya al-arabiya. Aleppo 1976.
- Sezgin, F. u.a. Wissenschaft und Technik im Islam.Band V, Verlag: Johann Wolfgang Goethe-Universität Frankfurt a.M. Jahr, 2003.
- Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.