Tacikler - Wikipedia
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir.[9]
Ümumi sayı | |||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
18-25 mln (2020)[1] | |||||||||||||||||||||||||||||||||
Yaşadığı ərazilər | |||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||
Dili | |||||||||||||||||||||||||||||||||
Dini | |||||||||||||||||||||||||||||||||
Qohum xalqlar | |||||||||||||||||||||||||||||||||
Məskunlaşma və sayları
redaktəƏfqanıstanda
redaktə5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon[10] nəfər olmuş, onun 3.5 milyon[11] nəfərini taciklər təşkil etmişdir.
MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir.[12] Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər.[13] Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir.[14] MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur.
Tacikistanda
redaktə21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir.[15] Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500[16], 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.[17] Taciklərin Tacikistan əhalisi içərisindəki 2010-ci il siyahıyaalınması zamanı müəyyən edilmiş nisbəti əsas götürülərsə 2013-cü ilin fevral ayına Tacikistanda 6.74 milyon tacik yaşamaqdadır.
Özbəkistanda
redaktə"Açıq cəmiyyət" İnstitutu Arxivləşdirilib 2013-02-22 at the Wayback Machine nun (ing. Open Society Foundations) maliyyə dəstəyi ilə hazırlanmış və 2002-ci ildə çap olunmuş, 2000-ci ilə aid məlumatları əks etdirən 452 səhifəlik "Özbəkistanın etnik atlası" kitabının Taciklər kiçik başlığında (səhifə 195–202) verilən məlumata əsasən 24.430.192 nəfərlik Özbəkistan əhalisinin 1.165.713 nəfəri və ya 4,77 %-i taciklərdən ibarətdir. 1 yanvar 2013-ci il tarixinə olan rəsmi məlumata əsasən Özbəkistan Respublikasının əhalisi 29994.6 min nəfər olmuşdur.[18][19] Əgər taciklərin ümumi ölkə əhalisi içərisindəki nisbəti 2000-ci ildəki vəziyyətinə uyğun qəbul edilərsə 2013-cü ilin əvvəlinə Özbəkistanda təxminən 1.431 milyon tacik əsilli əhali yaşamaqdadır.
İranda
redaktəBirləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı (ing. United Nations High Commissioner for Refugees - UNHCR) yanında Əcnəbilər və Xarici İmmiqrantlarla İşlər Bürosunun (ing. Bureau for Aliens and Foreign Immigrant Affairs - BAFIA) məlumatlarına əsasən 2006-cı il ümumiran əhali siyahıyaalınmasının yekunlarına görə İranda yaşayan və rəsmən qeydiyyatda olan Əfqanıstan vətəndaşı qaçqınların ümumi sayı 1.211.171 nəfər olmuş, onların 39 %-ni etnik həzaralar, 22 %-ni etnik taciklər, 9 %-ni etnik puştunlar, 10 %-ni isə digər (əsasən türkmənlərə, özbəklərə və bəluclara) etnik qruplara mənsub insanlar təşkil etmişdir.[20]
Rusiyada
redaktə14–25 oktyabr 2010-cu il əhali siyahıyaalınmasına əsasən Rusiya FR-da 200.303 nəfər etnik tacik yaşamaqdadır.[21]
Qırğızıstanda
redaktə1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Qırğızıstannın 5.551.888 nəfər əhalisinin 48.033 nəfəri etnik taciklərdən ibarətdir.[22]
Almaniyada
redaktəAlmaniya Federativ Respublikası İqtisadi əməkdaşlıq və İnkişaf Nazirliyinin (alm. Bundesministerium für wirtschaftliche Zusammenarbeit und Entwicklung) 2005-ci ilin əvvəlinə olan məlumatlarına əsasən AFR-da təxminən 100 min nəfər Əfqanıstan kökənli əhali yaşayır. Onlar Əfqanıstan və AFR vətəndaşlarıdır. Almaniya Federal Statistika Ofisinin (alm. Statistisches Bundesamt, qısa: alm. Destatis) 31 dekabr 2004-cü il tarixinə olan məlumatlara əsasən AFR-də yaşayan Əfqanıstan vətəndaşlarının sayı 57.933 nəfərdir (31.321 nəfəri kişilər, 26.612 nəfəri qadınlar).[23] Onlardan 7.476 nəfəri AFR-də, 50.457 nəfəri isə digər ölkələrdə doğulmuşdur.[23]
Ukraynada
redaktə5–14 dekabr 2001-c il siyahıyaalınmasına əsasən Ukraynanın 48.240.902 nəfərlik əhalisinin 4.255 nəfərini etnik taciklər təşkil edir.[24]
İstinadlar
redaktə- ↑ 8,776 mln Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine+7,234 mln Arxivləşdirilib 2013-08-06 at the Wayback Machine
- ↑ Country Factfiles. — Afghanistan, page 153. // Atlas. Fourth Edition. Editors: Ben Hoare, Margaret Parrish. Publisher: Jonathan Metcalf. First published in Great Britain in 2001 by Dorling Kindersley Limited. London: Dorling Kindersley, 2010, 432 pages. ISBN 9781405350396 "Population: 28.1 million Religions: Sunni Muslim 84%, Shi'a Muslim 15%, other 1% Ethnic Mix: Pashtun 38%, Tajik 25%, Hazara 19%, Uzbek, Turkmen, other 18%"
- ↑ Özbekistan devletinin 1989 yılındaki verilerine göre Özbekistan nüfusunun [1] Arxivləşdirilib 2010-03-16 at the Wayback Machine 4,7%-ni taciklər təşkil edir və 2016-cı ildə Özbəkistan əhalisi [2] Arxivləşdirilib 2016-12-30 at the Wayback Machine 31,977,000 nəfərdir. Bu məlumatlara görə Özbəkistanda təxminən 1 milyon 502 min 919 tacik yaşayır.
- ↑ Joshua Project - Ethnic People Groups of Iran Arxivləşdirilib 2012-11-13 at the Wayback Machine
- ↑ GTZ: Migration and development – Afghans in Germany Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine: estimate for Tajiks based on total of 100,000 Afghans in Germany.
- ↑ 中华人民共和国国家统计局: 2-1 全国各民族分年龄、性别的人口 Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine
- ↑ This figure only includes Tajiks from Afghanistan. The population of people with descent from Afghanistan in Canada is 48,090 according to Canada's 2006 Census.. Tajiks make up an estimated 33% of the population of Afghanistan. The Tajik population in Canada is estimated form these two figures. Ethnic origins, 2006 counts, for Canada Arxivləşdirilib 2013-07-23 at the Wayback Machine.
- ↑ "First, Second, and Total Responses to the Ancestry Question by Detailed Ancestry Code: 2000". 2017-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-05.
- ↑ 8,776 mln Arxivləşdirilib 2013-10-05 at the Wayback Machine+7,234 mln Arxivləşdirilib 2013-08-06 at the Wayback Machine
- ↑ "Afghanistan's Web Site: Afghanistan (The last official census in Afghanistan was in 1979, when the population registered at 15,551,358.)". 2009-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-07.
- ↑ Minority Rights Group International (MRG): Afghanistan: Minorities, Conflict and the Search for Peace Arxivləşdirilib 2013-07-19 at the Wayback Machine
- ↑ Central Intelligence Agency — CİA — The World Factbook: South Asia :: Afghanistan Arxivləşdirilib 2016-07-09 at the Wayback Machine
- ↑ Tajik (people) Arxivləşdirilib 2011-11-25 at the Wayback Machine — Britannica Online Encyclopedia
- ↑ Central Statistics Organization of Afghanistan (CSO) :Settled Population of Afghanistan by Civil Division, Urban, Rural and Sex 2012–13 Arxivləşdirilib 2012-09-18 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Ҷилди 3. Ҳайати миллӣ ва донистани забонҳо, шаҳрвандии аҳолии Ҷумҳурии Тоҷикистон Arxivləşdirilib 2017-01-13 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Шумораи аҳолии Ҷумҳурии Тоҷикистон ба ҳолати 1 январи соли 2012 Arxivləşdirilib 2012-10-14 at the Wayback Machine
- ↑ Сайти расмии Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон: Навигарӣ: Агентии омори назди Президенти Ҷумҳурии Тоҷикистон корҳои бозҳисокунии аҳолиро оид ба муайян намудани санаи таваллуди 8 миллионаи аҳолии Ҷумҳурии Тоҷикистон, ба анҷом расонид Arxivləşdirilib 2013-04-20 at the Wayback Machine
- ↑ Uluslararası "TÜRKEL" Gazetesi: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine---yayınlanma tarihi: 22 şubat 2013
- ↑ Посольство Республики Узбекистан в Кыргызстане: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2014-08-14 at the Wayback Machine Источник: газета UzDaily: Численность постоянного населения составила 29,994 млн. человек Arxivləşdirilib 2016-08-23 at the Wayback Machine
- ↑ Encyclopædia Iranica :AFGHANISTAN xiv. AFGHAN REFUGEES IN IRAN Arxivləşdirilib 2022-05-17 at the Wayback Machine
- ↑ Портал "Всероссийская перепись населения 2010 года" — Окончательные итоги Всероссийской переписи населения 2010 года :Национальный состав населения Российской Федерации Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ Национальный статистический комитет Кыргызской Республики: 5.01.00.03 Национальный состав населения Arxivləşdirilib 2013-11-13 at the Wayback Machine
- ↑ 1 2 Deutsche Gesellschaft für Technische Zusammenarbeit Arxivləşdirilib 2022-08-10 at the Wayback Machine (Deutsche Gesellschaft für Internationale Zusammenarbeit Arxivləşdirilib 2022-08-14 at the Wayback Machine): Egyptian, Afghan, and Serbian diaspora communities in Germany: How do they contribute to their country of origin?
- ↑ Population statistics of Eastern Europe: Ethnic composition of Ukraine 2001 Arxivləşdirilib 2012-05-26 at Archive.today
Etnik qrup haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |