Tahini - Wikipedia
Tahini - Wikipedia - Haqqında Məlumat
Tahini (həmçinin tahina; ərəb. طحينة), Taxini və ya Küncüt pastası — Şimali Afrika, yunan, türk və Orta Şərq mətbəxlərində istifadə olunan, qabığı təmizlənmiş və üyütülmüş küncüt toxumlarından ələ gəlmiş yağlı xəmir (pasta). Falafel və humus kimi bir çox yeməklər üçün zəruri komponent kimi əlavə olunur. Bir çox souslar üçün baza kimi rolunu oynayır.
Tahini mis, manqan və metionin amin turşusunun əla mənbəyidir.[1]
İstinadlar
redaktə- ↑ "Tahini". 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-24.