Tahir Ceferov - Wikipedia
Tahir Cəfərov (d. 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan fotoqrafı.
Tahir Cəfərov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Həyatı
redaktə1948-ci ildə Bakıda anadan olub.[1] Təsadüf nəticəsində tanış olduğu bir gənc dostu ona fotokamera hədiyyə etmiş və bununla da onda fotoqrafiya həvəs oyatmışdır.[1] Fotomüxbir kimi ilk dəfə olaraq fotolarını "Azərbaycan pioneri"ində nəşr etdirmiş və ilk qonorarını almışdır.[1] Daha sonra "Parıltı" və "Sağlamlıq" jurnallarında və "Bakinski raboçi" qəzetində öz foto işlərini nəşr etdirmişdir.[1] Azərbaycanlı jurnalisti Nəsir İmanquliyevin "Bakı" – "Mənim Bakım" qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır.[1] Bundan sonra Azərbaycanfilm kinostudiyasında bir müddət çalışmışdır. Azərbaycan kinooperatoru Arif Nərimanbəyov fotoqrafiya fəaliyyətində ona mənəvi dəstək olmuşdur. Maestro Niyazinin xüsusi fotoqrafı kimi çalışmışdır.[1] 1985-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən işə dəvət edilir.[1] Tahir Cəfərov Qara Yanvar zamanı, fotoqraf kimi 19 Yanvar tarixindən 23 yanvar tarixinə qədər fasiləsiz fəaliyyət göstərən fotoqraflardan olmuş və 300-dən çox foto çəkmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 "AFB: Tahir Cəfərov". photographer.az. photographer.az. 2020-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-11.