Tahir Memmedov Yazici - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tahir Tais oğlu Məmmədov — Azərbaycanlı yazıçı, 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü.
Tahir Məmmədov | |
---|---|
Doğum tarixi | 13 mart 1952 (72 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | yazıçı |
Əsərlərinin dili | azərbaycanca |
Mükafatları | Rəsul Rza Beynəlxalq ədəbi mükafatının laureatı, Əməkdar jurnalist |
Həyatı
redaktə13 fevral 1952-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonunun İrəvanlı kəndində anadan olub. 1967-ci ildə orta məktəbi bitirib. Türkmənistan SSR Qazancıq şəhərində həqiqi hərbi xidmət keçib (14. XI.1970–13. X.1972). İlk əmək fəaliyyətinə 1969-cu ildə həmin rayonun ovaxtkı Lenin adına sovxozunda fəhlə kimi başlayıb.
1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının təqdimatı ilə Moskvaya M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. 1 avqust 1983-cü ildən 10 oktyabr 1985-ci ilə qədər Azərbaycan SSR Dövlət Teleradio Verilişləri Komitəsində ədəbi müəllif kimi fəaliyyət göstərib. 1986-cı il iyul ayının 16-dan Azərbaycan KP MK-nın aylıq ictimai-siyasi "Kənd həyatı" jurnalında baş ədəbi işçi kimi işləyib. 1990-cı il dekabr ayının 25-də isə köçürülmə yolu ilə Azərbaycan Ali Sovetinin orqanı olan "Həyat" qəzetinin ləğvi ilə əlaqədar olaraq, "Azərbaycan" qəzetinə işə götürülüb, lakin Azərbaycan Xalq Cəbhəsi ilə Müsavat cütlüyünün təzyiqi ilə orada işləməyinə imkan verilməmişdir. Müsavatçı baş redaktor rəhbərliyə gələn kimi rəsmi dövlət qəzetindən uzaqlaşdırılıb. Elə o günlərdən başlayaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. Ozamankı ağır ictimai-siyasi durumdan çıxış və xilas yolu kimi Heydər Əliyevin hakimiyyətə gətirilməsində fəallıq göstərən "91-lər" hərakatına qoşulub. Bu dövr ərzində həm ictimai-siyasi fəaliyyət göstərmiş, həm də peşəkar jurnalist kimi bədii yaradıcılıqla məşğul olmuşdur. 1981-ci ildən SSR Yazıçılar İttifaqının və Azərbaycan SSR Jurnalistlər İttifaqlarının üzvü olub. 1996-cı ildən "Aktual" ictimai-siyasi qəzetinin və "Aktual Qəzeti.az" internet portalı saytının baş redaktoru vəzifəsində işləyib.
2004–2008-ci illər ərzində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dissertantı olub. "Azərbaycan Respublikasında siyasi mətbuatın formalaşması və inkişafında Heydər Əliyevin rolu" mövzusunda dissertasiya müdafiə etmiş, alimlik dərəcəsi almışdır. Prezident yanında DİA-da "Heydər Əliyevin siyasi irsinin metodoloji və siyasi problemləri" mövzusunda doktorluq işini başa çatdırmışdır.
Mükafatları
redaktə2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1036 nömrəli Sərəncamı ilə Respublikanın Əməkdar Jurnalisti fəxri adına layiq görülüb.
Siyasi fəaliyyəti
redaktə1992-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Məşhur "91-lər"dən biridir. Hazırda YAP Veteranlar Şurasının üzvü kimi siyasi fəaliyyətlə məşğuldur.