Taktiki Nuve Silahi - Wikipedia
Taktik nüvə silahları (TNS) və ya qeyri-strateji nüvə silahları (QSNS)[1] — böyük hədəfləri və düşmən qüvvələrinin cəbhədə və birbaşa arxada cəmləşməsini məhv etmək üçün taktiki nüvə sursatlarıdır. Taktiki nüvə silahları (TNS) döyüş meydanında istifadə etmək və ya məhdud nüvə zərbəsi endirmək üçün çatdırılma vasitələri ilə birlikdə kiçik nüvə silahlarıdır. Bu tip silahlar böyük əraziləri çirkləndirmədən, seçilən hədəfi məhv etmək üçün istifadə olunur. Strateji nüvə silahlarından fərqli olaraq, taktiki döyüş başlıqlarının TNS ekvivalenti adətən bir neçə kilotonu keçmir və çox vaxt bir kilotondan az olur. Bununla belə, taktiki nüvə silahlarını strateji silahlardan ayıran birmənalı tərif yoxdur. TNS çox geniş çeşiddə sursat şəklində mövcud ola bilər - aviasiya bombaları, raket döyüş başlıqları (əməliyyat-taktiki və taktiki sinif), artilleriya mərmiləri, minalar, dərinlik bombaları, torpedalar və s. Taktiki nüvə silahları yalnız strateji nüvə silahları qalmış Böyük Britaniyadan başqa bütün nüvə dövlətlərinin xidmətindədir (baxmayaraq ki, keçmişdə onun da taktiki nüvə silahı var idi).
Tarixi
redaktəƏvvəlcə nüvə silahları həm müstəsna gücünə, həm də ilk atom silahlarının texniki məhdudiyyətlərinə görə müstəsna olaraq strateji istifadə vasitəsi kimi təqdim edildi. Bununla belə, hələ 1945-ci ildə ABŞ ordusu taktiki problemləri həll etmək üçün nüvə silahının dağıdıcı gücündən istifadə etmək imkanını nəzərdən keçirməyə başladı: məsələn, düşmənin möhkəmləndirilmiş müdafiəsini yarmaq üçün. Belə bir müdafiənin adi döyüş sursatı ilə dağıdılması uzun artilleriya hazırlığı (bəzən uzun günlər) tələb edirdi ki, bu da düşmənə hazırlanan hücumun yerini müəyyən etməyə və ona qarşı mübarizə üçün əvvəlcədən ehtiyatları cəmləşdirməyə imkan verirdi. Nüvə silahının tətbiqi isə bir qəfil zərbə ilə düşmənin müdafiəsinin bütöv bir sektorunu darmadağın etməyə və dərhal hücuma keçməyə, düşməni tamamilə məğlub etməyə imkan verirdi.
İkinci Dünya müharibəsi zamanı Yaponiyaya təklif edilən desant planlaşdırılması zamanı ABŞ ordusu təşkil ediləcək plasdarmlarda Yapon müdafiəsini tez bir zamanda məhv etmək üçün taktiki məqsədlər üçün nüvə bombalarından istifadə etməyi təklif etdi. Lakin İkinci Dünya müharibəsi bu planlar həyata keçmədən xeyli əvvəl başa çatdı. 1946-cı ildə amerikalılar nüvə silahının döyüş gəmilərinə qarşı istifadəsi məsələsini öyrənməyə yönəlmiş bir sıra nüvə sınaqları keçirdilər. Bu əməliyyatın nəticələrinə əsasən, mümkün nüvə zərbələrinə qarşı anti-nüvə mühafizəsinin təmin edilməsi və döyüş hissələrinin sıradan çıxarılmasının zəruriliyi barədə dəyərli nəticələr çıxarıldı. Bu sınaqların məqsədi nüvə silahının istifadəsi şəraitində görüləcək işlərin taktikasını hazırlamaq və əsgərləri onun zərərverici təsiri ilə tanış etmək idi. SSRİ-nin ilk nüvə sınağı 1949-cu ildə keçirildi. Onun gedişində nüvə silahının hərbi texnikaya və müdafiə strukturlarına təsiri məsələləri öyrənildi. Həqiqi nüvə bombasının partlaması ilə ilk genişmiqyaslı təlimlər 1954-cü ildə Totsk poliqonunda keçirildi.
İstifadə olunma riski
redaktəBu silahla silahlanmış rəqiblərə qarşı taktiki nüvə silahlarının istifadəsi münaqişənin taktiki vəziyyətdən strateji gərginliyə qədər gözlənilən hüdudlardan kənara çıxması üçün əhəmiyyətli təhlükə yarada bilər.[2][3][4][5][6][7] Kiçik, aşağı dağıdıcı gücü taktiki nüvə başlıqlarının mövcudluğu və yerləşdirilməsi irəliyə doğru əsaslanan və qabaqlayıcı nüvə müharibəsi üçün təhlükəli təşviq ola bilər.[8][9] Dağıdıcı gücü 10 ton TNS olan nüvə silahları (məsələn, W54 döyüş başlıqlı raket) böhran zamanı 100 kilotonluq döyüş başlıqlarından daha rahat istifadə oluna bilər.
Taktiki nüvə silahından istifadə qitələrarası ballistik raketlər kimi strateji nüvə silahlarından istifadəni təhrik edən kritik həddə çatana qədər münaqişənin gərginləşməsi riski yaradır. Bundan əlavə, ilk növbədə istifadə olunacaq taktiki nüvə silahları (yəni, 1960-cı illərin nüvə artilleriyası kimi ən kiçik və ən az güclü silahlar) adətən hərbi böhranlar zamanı strateji silahlardan daha az ciddi siyasi nəzarət altında idi.[10] Onun istifadə icazəsi, mexaniki işə düşmə düyməsi kimi sadə ola bilər.[11] Kiçik taktiki nüvə silahına (məsələn, M29 Davy Crockett) nəzarət edən nisbətən kiçik zabit düşmən qüvvələri tərəfindən hücum təhlükəsi ilə üz-üzə idisə, o, onu atəşə tutmaq üçün icazə tələb edə bilər və döyüş başlığına icazənin mərkəzləşdirilməmiş nəzarəti səbəbindən onun bu istəyi böhran zamanı sürətlə təmin oluna bilər.
Xüsusiyyəti
redaktəTaktiki nüvə silahı üçün güc keyfiyyəti kilotonun həcmindən asılıdı. Onun dağıdıcı gücü təxminən 50 kilotona qədər dəyişir.[12] Müqayisə üçün, strateji nüvə silahı 100 kilotondan bir meqatona qədər həcmə malikdir və daha böyük döyüş başlıqları mövcuddur.[12]
Müqavilə ilə nəzarəti
redaktəNATO-nun on üzv ölkəsi NATO və Rusiya üçün Avropada taktiki nüvə silahlarının azaldılmasına dair müqavilələrə səbəb ola biləcək etimadın möhkəmləndirilməsi planını irəli sürüb.[13]
2012-ci ildən etibarən NATO taktiki nüvə silahlarını dəqiq təlimatlarla təkmilləşdirmək planı ilə irəliləyirdi ki, bu da onları sərtləşdirilmiş hədəflərə qarşı təsir baxımından strateji silahlara bərabər edəcək və onları hazırkı hava hücumundan müdafiə sistemlərinə qarşı daha çox təhlükəsizb olan gizli təyyarələrdə daşıyacaq.[14]
2022-ci ildə Ukraynaya hücumunda Rusiyanın ondan istifadəsi haqqında spikulyasiyası
redaktə2022-ci ildə Rusiyanın Ukraynaya təcavüzü zamanı müharibənin gedişatının Kremlin gözlədiyi kimi olmamasını nəzərə alaraq, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı taktiki nüvə bombasından istifadə edib-etməyəcəyi ilə bağlı daimi fərziyyələr yayılır. Rusiya tərəfi daima bundan spekülatif məqsədlər üçün istifadə edir.[15][16][17][18]
İstinadlar
redaktə- ↑ Hans M Kristensen. "Non-Strategic Nuclear Weapons (page 8)" (PDF). FAS. 23 April 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26 October 2013.
- ↑ "Session 10". 2001-05-01 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Patchen, Martin. Resolving disputes between nations: coercion or conciliation?. Duke University Press. April 1988. səh. 254. ISBN 978-0-8223-0819-5. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
- ↑ "Getting to Zero Starts Here: Tactical Nuclear Weapons | Arms Control Association". armscontrol.org. 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- ↑ Strachan, Hew. European Armies and the Conduct of War. Routledge. 1988-01-01. səh. 195. ISBN 978-0-415-07863-4. 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
- ↑ Inc., Educational Foundation for Nuclear Science. Bulletin of the Atomic Scientists. Educational Foundation for Nuclear Science, Inc. May 1975. səh. 25. 28 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 December 2010.
- ↑ "Pugwash Meeting no. 270 - Workshop on Tactical Nuclear Weapons". 2002-08-16 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Nuclear Threat Initiative | NTI". nti.org. 2010-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
- ↑ "CNS - Tactical Nuclear Weapons: The Nature of the Problem". 2010-04-08 tarixində orijinalından arxivləşdirilib.
- ↑ http://www.atomictraveler.com/RockIsland.pdf Arxivləşdirilib 2021-12-15 at the Wayback Machine Şablon:Bare URL PDF
- ↑ "Principles of Nuclear Weapons Security and Safety". nuclearweaponarchive.org. İstifadə tarixi: 2016-08-16.
- ↑ 1 2 "The Conversation: What are tactical nuclear weapons? An international security expert explains and assesses what they mean for the war in Ukraine". 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-02.
- ↑ Kristensen, Hans. "10 NATO Countries Want More Transparency for Non-Strategic Nuclear Weapons." Arxivləşdirilib 2013-01-30 at the Wayback Machine Federation of American Scientists, 24 April 2011.
- ↑ Kristensen, Hans M. "Germany and B61 Nuclear Bomb Modernization." Arxivləşdirilib 2022-09-28 at the Wayback Machine FAS, 13 November 2012.
- ↑ Ukraine war: Could Russia use tactical nuclear weapons? Arxivləşdirilib 2022-10-03 at the Wayback Machine BBC (24/09/2022)
- ↑ What if Vladimir Putin used nuclear weapons in Ukraine? Arxivləşdirilib 2022-10-02 at the Wayback Machine Al Jazeera (24 Sep 2022)
- ↑ Would Vladimir Putin let Russia lose in Ukraine before using his nuclear weapons? Arxivləşdirilib 2022-09-29 at the Wayback Machine Grid (September 21, 2022)
- ↑ 'This Is Not a Bluff.' Putin Raises Specter of Nuclear Weapons Following Battlefield Losses Arxivləşdirilib 2022-10-02 at the Wayback Machine Time (SEPTEMBER 21, 2022)
Ədəbiyyat
redaktə- Alberti, Dino A. Tactical Nuclear Battlefield. // Military Review. — August 1963. — Vol. 43 — No. 8.
Xarici keçidlər
redaktə- TACTICAL NUCLEAR WEAPONS AND NATO, SSI, April 2012 (ing.)
- A Shevtsov, Tactical Nuclear Weapons. A perspective from Ukraine, UN UNIDIR, 2000. ISBN 92-9045-138-6 (ing.)
- William C. Potter, Tactical Nuclear Weapons. Options for Control, UN UNIDIR, 2000. ISBN 92-9045-136-X (ing.)
- Amy F. Woolf, Nonstrategic Nuclear Weapons, Congressional Research Service, March 23, 2016 (ing.)
- Gunnar Arbman, Charles Thornton, Russia’s Tactical Nuclear Weapons, SWEDISH DEFENCE RESEARCH AGENCY, Systems Technology. November 2003, ISSN 1650—1942 (ing.)
- Andrei Zagorski, Russia’s Tactical Nuclear Weapons: Posture, Politics and Arms Control, Universität Hamburg, Februar 2011, ISSN 0936-0018 (ing.)
- ТАКТИЧЕСКОЕ ЯДЕРНОЕ ОРУЖИЕ / Ядерное нераспространение: Краткая энциклопедия. ПИР-Центр
- Кинохроника тактического ядерного взрыва / Кинохроника испытания артиллерийского ядерного снаряда.