Talas Doyusu E E 36 - Wikipedia
Birinci Talas savaşı – Qərbi Hunlar və Şərqi Hun-Çin ittifaqı arasında döyüş. Döyüşdə Hun ordusu çinlilərə uduzmuşdur. Bu savaşda Qərbi Hun Tenqri Kutu Çiçi xaqan ilə birgə daha 1518 hun türkü savaşaraq həyatını itirmişdir.
Birinci Talas Savaşı | |||||
---|---|---|---|---|---|
Hun-Çin döyüşləri | |||||
Tarix | e.ə. 36 | ||||
Yeri | Talas çayının sahilləri | ||||
Səbəbi | Çiçi xanın üsyanı | ||||
Nəticəsi | Çin qələbəsi | ||||
Münaqişə tərəfləri | |||||
|
|||||
Komandan(lar) | |||||
|
|||||
|
Haqqında
redaktəHər şey e.ə. 58-ci ildə başladı. Anası çinli olan Hun xaqanı Huxanye çinli arvadı Van Çaocünün təsiri altında Han imperatoruu Süandiyə bağlılığını bildirdi. Onun türk qadından olan qardaşı Çiçi qardaşına üsyan etdi və qərbə çəkilib burada öz dövlətini qurdu. Ancaq e.ə. 36-cı ildə işlər dəyişdi. Çin imperatoru Yuandi Huxanye ilə birlikdə Çiçi üzərinə hücuma keçdi. Çiçi əsgərlərinə əmr etdi ki, ordu hazır vəziyyətdə olsun. Ancaq Çiçi əski Hun taktikası — meydan savaşı əvəzinə "qalaqoruma" taktikasını tətbiq etdi. Çinlilər də, bayaq qeyd edildiyi kimi, Huxanye ilə ittifaq bağlamışdı, o da əski hun taktikalarını tətbiq etməyi tərcih etdi. Nəticədə, Çiçi və ordusu yenildi, Qərbi Hun imperiyası isə Çin tərəfindən işğal edildi. Bu savaşda aralarında qadın və uşaqlar da daxil 1518 Hun türkü həyatını itirmişdir. Ancaq, savaşdan öncə Çiçinin alpları (əsgərləri) ruhlandırmaq üçün etdiyi çıxışı unudulmamış və Tarixi qaynaqlarda öz yerini tapmışdır. Həmin çıxış:
"Daha əvvəl dediyim kimi, Çinə tabe olmayacağıq! Çünki Türklər ta qədim zamanlardan bəri güclü olmağı təqdir edər, düşmənə tabe olmağı təhqir bilirlər. Təslim olmadığımız, savaşçı süvarilərimiz olduğu üçün adı ilə dünyanı titrədən xalq olduq. Biz ölsək də qəhrəmanlığımızın şöhrəti qalacaq. Övladlarımız da, nəvələrimiz də digər qövmlərə başçılıq edəcəklər! Bu Vətən, bizə atalarımızdan miras qalan müqəddəs torpaqlardır. Şərəfsiz bir həyat üçün qurban verilməz!" Bu sözlərin eynisini Çiçi e.ə. 58-ci ildə Huxanyeyə üsyan edəndə də demişdi.