Taman Xan - Wikipedia
Taman Xan - Wikipedia - Haqqında Məlumat
Arslan Taman xaqan[1] və ya Heşana xaqan[2] — Qərbi Göytürk xaqanlığının hökmdarı.
Niqyu Çulo xaqan Arslan Taman xaqan | |
---|---|
泥厥處羅可汗 | |
Qərbi Göytürk xaqanlığı III (rəsmi) xaqanı | |
604 – 612 | |
Əvvəlki | Nili xaqan (xaqan kimi) Basıl Tegin (qəyyum kimi) |
Sonrakı | Şekuy xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suyab, Qırğızıstan |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqan |
Dəfn yeri | Çin |
Fəaliyyəti | monarx |
Atası | Nili xaqan |
Anası | Hsianşi |
Dini | Tenqriçilik |
Hakimiyyəti
redaktəXaqan olanda hələ yeriyə bilmirdi. Onun adından dövləti iki əyan idarə edirdi. Anası Hsianşi onu atıb Çinə getmişdi. Əyanlar beşinci və səkkizinci aylarda Altay dağlarındakı mağaralarda babalarının ruhlarına qurban təqdim edirdi. 605-ci ildə xaqanın kiçikliyindən istifadə edən teleutlar üsyan qaldıraraq onun ordularını məğlub etdi. 610-cu ildə xaqana qarşı yeni üsyan baş verdi. Yanq Soux Teginin oğlu Şekuy xaqan elan olundu. Taman Çinə qaçdı.
Ölümü
redaktə619-cu ildə Çində Şərqi Göytürklərin bir casusu tərəfindən öldürüldü.[2]