Tamuris Eliyeva - Wikipedia
Tamuris Əliyeva (tam adı: Tamuris Nağı qızı Əliyeva; 1928-2008, Bakı, Azərbaycan SSR) — pedaqoq-alim, pedaqoji elmlər doktoru, professor.
Tamuris Əliyeva | |
---|---|
Tamuris Nağı qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcələri | Pedaqoji elmlər doktoru, professor. |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Təhsili |
Həyatı
redaktəTamuris Əliyeva 1928-ci ildə Bakı şəhərində anadan olub. Tamuris Əliyeva məşhur Bakı milyonçusu, xeyriyyəçi İsabəy Hacınskinin nəvəsidir. Eyni vaxta həm Bakı Dövlət Universitetində, həm də Azərbaycan Dillər Universitetində ali təhsil alıb. Fars dilini, rus dilini, Avropa dillərini yaxşı bilib. 1956 -cı ildə aspiranturaya qəbul olunub. 1961-cı ildə «Azərbaycan məktəblərinin ibtidai siniflərində rus tələffüzünün düzgün təkmillişdirilməsinin metodikası» mövzusunda namizədlik dissertasiyasını uğurla müdafıə edib.
Fəaliyyəti
redaktə1966-cı ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutu-nda (indiki ADPU) fəaliyyət göstərib. Professor Tamuris Əliyeva 1966-2007-ci illərdə ADPU-nun Rus dili kafedrasının müdiri işləyib. ADPU-da rus dilinin tədrisi sahəsində səmərəli fəaliyyət göstərib. Onun rəhbərlik etdiyi kafedra aparıcı kafedra olduğu üçün burada 30-dan çox namizədlik dissertasiyası müdafıə olunub. Tamuris Əliyeva 100-dən artıq məqalənin müəllifidir. O, respublika, zona, ittifaq və beynəlxalq səviyyəli konfranslarda dəfələrlə məruzələrlə çıxış edib. Tamuris Əliyevanın tədqiqatlarının əsas mövzusu orta və ali məktəblərin Azərbaycan bölmələrində rus dilinin tədrisinin təkmilləşdirilməsinin metodikası idi.
1985-ci ildə Moskvada “Azərbaycan məktəbində rus tələffuzünün sistemli şəkildə linqvodidaktik əsaslarının qurulması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1986-cı ildə Tamuris Əliyevaya professor elmi adı verilib. Onun elmi rəhbərliyi ilə respublikamızın orta və ali məktəb müəllimləri 20-dən çox namizədlik dissertasiyası müdafiə ediblər. Tamuris Əliyeva namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi zamanı opponent olaraq çıxış edib. Tbilisidə, Moskvada müdafiə olunan namizədlik və doktorluq dissertasiyalarına rəy verib. Həyat yoldaşı Cəfər İsmayılzadə neft-qaz sənayesi sahəsində çalışıb. Tamuris Əliyeva 2008-ci il fevralın 4-də vəfat edib.[1]