Tansu Ciller - Wikipedia
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[1][2][…], İstanbul[3]) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır.
Tansu Çillər | |
---|---|
türk. Tansu Çiller | |
25 iyun 1993 – 6 mart 1996 | |
Prezident | Süleyman Dəmirəl |
Əvvəlki | Süleyman Dəmirəl |
Sonrakı | Məsud Yılmaz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 may 1946[1][2][…] (78 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | iqtisadçı, diplomat, siyasətçi, universitet müəllimi[d] |
Uşağı | 2 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1944-cü ildə İstanbulda doğulmuşdur.
Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur.
1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir.
1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
İngilis və alman dillərini bilir. Ailəlidir, iki övladı var.
İstinadlar
redaktə- ↑ 1 2 Tansu Çiller // FemBio database (alm.).
- ↑ 1 2 Tansu Çiller // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #11919256X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.