Tarik Akan - Wikipedia
Tarık Akan (13 oktyabr 1949[1], İstanbul – 16 sentyabr 2016[2][3][…], İstanbul) — Türk kino aktyoru.
Tarık Tahsin Üregül | |
---|---|
Tarık Tahsin Üregül | |
Doğum adı | Tahsin Tarık Üregül |
Digər adı | Tarık Akan |
Doğum tarixi | 13 oktyabr 1949[1] |
Doğum yeri | |
Vəfat tarixi | 16 sentyabr 2016[2][3][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər xərçəngi[3] |
Dəfn yeri |
|
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1970-ci ildən |
Təhsili | |
IMDb | ID0015081 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəƏsl adı Tarık Tahsin Üregül olan aktyor 13 oktyabr 1949-cu ildə anadan olmuşdur[4].
Karyerası
redaktəAktyor karyerası boyu 111 film və 4 serialda rol almışdır[4].
İlk dəfə 1971-ci ildə "Solan bir yarpaq kimi" filmində çəkilmişdir. Daha sonra aktyor "Yeşilçam"ın ən yaraşıqlı aktyoru kimi məşhurlaşmışdır[4]. "Mavi Boncuk", "Sev Kardeşim" və "Hababam sinfi" kimi filmlərdə canlandırdığı rolları ilə türk filminin unudulmaz adlarından biri olub[4]. Tarık Akan 1970-ci ildə "Ses" jurnalının seçmələrinə qatılır və birinci yerə çıxır. Yaradıcılığının ilk illərində Fatma Girik, Filiz Akın, Türkan Şoray, Hülya Koçyiğit kimi aktirisalarla filmlərə çəkilir. Tarık Akanın meşhur rejissor Ertem Eğilmezlə tanışlığı onun həyatında yeni səhifə olur. 1971-ci ildə Hülya Koçyiğitlə oynadığı "Beyoğlu gözəli" filmi Tarık Akanın Ertem Eğilmezlə ilk filmi olur. Həmin ildə bir daha Hülya Koçyiğitlə "Vəfasız" filminə çəkilir. Daha sonra Ertem Eğilmezin "Arzu film" şirkəti ilə müqavilə bağlayan aktyor burda Kemal Sunal, Emel Sayın, Münir Özkul, Adile Naşit, Zeki Alasya, Metin Akpınar, Şener Şen kimi aktyorlarla bir çox məşhur filmlərə çəkilir. "Tatlı Dillim" (1971), "Sev Kardeşim" (1972), "Yalancı Yarım" (1973), "Mavi Boncuk" (1974), "Hababam Sınfı" (1975), "Bizim Aile" kimi məşhur filmlərdə rol alan aktyor həmçinin Gülşen Bubikoğlu ve Necla Nazir kimi aktrisalarla romantik filmlərə çəkilir. Gülşen Bubikoğlu ilə oynadığı filmlər ən bəyənilən kinofilmlər olub. Onların birlikdə çəkildiyi "Evcilik Oyunu", "Yaz Bekarı", "Ah Nerede" (1975) filmləri Türkiyə kinosevərlərinin könlündə taxt qurur. Tarık Akan ən çox sevilən filmlərə çəkilən aktyor olsa da artıq romantik filmlərdə yox siyasi filmlərdə oynamaq qərarına gəlir. Aktyorun bu qərarı Ertem Eğilmezin xoşuna gəlmir ve onu peşman olmaqla hədələyir. Bundan sonra rejissorlar onu filmlərə dəvət etməkdən çəkinirlər. 1977-ci ildə çəkildiyi "Sevgili dayım" filmi Tarık Akanın oynadığı son romantik filmdir, meşhur aktyor artıq ciddi siyasi filmlərə çəkilir. O artıq öz dediyi kimi qızların yox xalqın sevimlisinə çevrilmək istəyir. Uzun saçlarını qırxıb bığ saxlayan aktyor bir müddət filmlərdə oynaya bilmir, Ertem Eğimezin hədə qorxusuyla şirkətlər və rejissorlar ona rol verməkdən imtina edir. Tarık Akana 1978-ci ildə "Maden" filmində oynamaq təklif edilir ve o bu dəvəti qəbul edir. Tarık Akan filmin reytinq qazanması üçün meşhur aktyor Cüneyt Arkına filmdə baş rolu təklif edir ve onun adının birinci yazılmasına razılaşır. O dövr ilk dəfə iki meşhur aktyor eyni filmə çəkilir və nədənsə işləyən işçilərin həyatından edən film böyük uğur qazanır. Tarık Akan filmdəki roluna görə ən yaxşı aktyor mükafatını alır. Filmdən sonra kürd əsilli aktyor ve rejissor Yılmaz Güneyle tanış olan Tarık Akan onunla dostlaşır ve Yılmaz Güneyin həbsxanada yazdığı, Türkiyənin cənubunda yaşayan kürdlərin həyatından bəhs eden siyasi filmlərdə baş rola çəkilir. Bir vaxtlar qızların sevimlisi olan filmlərdə zengin oğlanı oynayan aktyor artıq daha ciddi siyasi filmlərdə, kapitalizm, dövlət sistemini tənqid edən filmlərə çəkilir. 1978-ci ildə Tuncel Kurtizle bərabər "Sürü" filminə çəkilir. 1979-cu ildə isə "Adak" filminə çəkilir. Tarık Akana dünyada şöhrət qazandıran film isə 1981-ci ildə çəkildiyi "Yol" filmidir. Filmin ilk versiyasını həbsxanada olan Yılmaz Güneyin göstərisləri ilə Şərif Görən cəkmişdir. Həbsxanadan qaçaraq Fransada siyasi sığınacaq alan Y. Güney filmi bəyənməyərək əlavələr etmişdir. Həbsxanadan qaçan 5 məhbusun həyatından, 1980-ci il hərbi çevrilişindən, Türkiyədəki kürdlərin həyatından bəhs edən film Türkiyədə yasaqlansa da 1982-ci ildə Kann kinofestivalının "ən yaxşı filmə görə" nominasiyasında Qızıl Palma budağı mükafatını qazanmış, Tarık Akan isə "ən yaxşı kişi roluna gorə" nominasiyasında iştirak etmisdir. Bu türk kinosunun qazandığı ən böyük mükafatdır. Bu film Türkiyədə yalnız 1999-cu ildə nümayiş etdirilmişdir.
1980-ci ildə Türkiyədəki hərbi çevrilişindən sonra bir müddət həbsdə qalan aktyor 1980-ci illərdə yənə bir çox filmə çəkilir. 1984-cü ildə çəkildiyi "Pehlivan" filmi aktyora həm Türkiyədə həm də Almaniyada müfalatlar qazandırır, film Berlin kinofestivalının baş mükafatını qazanır. Cüneyt Arkın ve Gülşen Bubikoğlu ilə yenidən çəkildiyi "Alev Alev" filmi həmin ilin ən çox izlənilən və ən çox pul gətirən filmi sayılır. T. Akan Hülya Avşar, Ahu Tuğba , Serpil Çakmaklı kimi aktrisalarla yeni filmlərə çəkilir. 1986-cı ildə çəkildiyi 1980-ci il hərbi çevrilişindən bəhs eden "Ses" filmi ilə yenə mükafatlar qazanır.
1990-cı illərdə daha az filmə çəkilən aktyor bu dövrdə seriallara çəkilir. Daha çox siyasi aksiyalarda işçilərə, hüquqları əzilən insanlara dəstək verir. Bakırköydə yunan (rum) evini alaraq məktəbə çevirir. Əziz Nesinin adını daşıyan vəqfin rəhbəri seçilir. Sol baxışlı Atatürkçü olan Tarık Akan həmçinin qısametrajlı filmlər də çəkir.
2000-ci illərdə aktyor TRT kanalında məşhur "Koçum Benim" serialına çəkilir. 2003-cü ildə "Vizontele Tuba" filminə çəkilir. 2006-cı ildə Sibel Canla "Ah İstanbul" serialına çəkilir. Tarık Akanın çəkildiyi son film 2009-cu ildə çəkilən "Deli Deli Olma" filmidir.
Tarık Akan 2002-ci ildə ilk kitabını yazmışdır. "Anne Kafamda Bit Var" kitabında T. Akan 1980-ci ildə hərbi çevrilişdən sonra yaşadığı 3 aylıq həbs həyatindan, həmçinin "Yol" filminin çəkilişi vaxtı yaranan problemlərdən bəhs edir.
Mükafatları
redaktəAkan 1973–2002-ci illərdə ümumilikdə 12 makafata layiq görülmüşdür[4].
1982-ci ildə Kann Film Festivalında "Yol" filmi ilə ən yaxşı kişi oyuncu nominasiyasında namizəd olmuşdur[4]. Daha sonra 1985-ci ildə isə Berlin Beynəlxalq Film Festivalında "Pansiyon" filmi ilə Gümüş Ayı Mansiyon Mükafatını qazanmışdır[4].
Vəfatı
redaktəBir müddət ağciyər xərçəngindən əziyyət çəkən Tarık Akan 16 sentyabr 2016-cı ildə, səhər saatlarında vəfat etmişdir[4].
Ailəsi
redaktəOğlu Barış Zeki Eregül də hazırda atasının yolunu davam etdirir[4].
İstinadlar
redaktə- ↑ 1 2 Tarık Akan // filmportal.de. 2005.
- ↑ 1 2 http://www.haberturk.com/magazin/magazin/haber/1297269-tarik-akan-hayatini-kaybetti.
- ↑ 1 2 3 http://www.trt.net.tr/francais/culture-divertissement/2016/09/16/le-celebre-acteur-turc-tarik-akan-s-est-eteint-571380.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Türkiyənin ən yaraşıqlı aktyoru vəfat etdi Arxivləşdirilib 2016-10-25 at the Wayback Machine. qafqazinfo.az, 16.09.2016 (az.)
Xarici keçidlər
redaktə- Tarık Akan — IMDb səhifəsi