Tarakanlar Yu Nesbo Romani - Wikipedia
Tarakanlar (norv. Kakkerlakken) Norveçli yazıçı Yu Nesbönun Harri Hole haqqında romanlar seriyasının ikinci əsəridir. Yarasa romanının nəşrindən əldə etdiyi uğurdan sonra Nesbö işdən çıxır və Taylanda növbəti kitab üçün ilham axtarmağa gedir. Burda qaldığı müddətdə o növbəti "Tarakanlar" əsərini yazır. Bu dəfə də əsərdə Harri Hole adlı polis əməkdaşının başına gələn macəralardan bəhs olunur, lakin bu dəfə hadisələr Taylandda cərəyan edir.
Tarakanlar | |
---|---|
norv. Kakkerlakken | |
| |
Müəllif | Yu Nesbö |
Janrlar | detektiv, cinayət |
Orijinalın dili | norveç |
Ölkə | |
Orijinalın nəşr ili | 1998 |
Seriya | Harri Hole #2 |
Əvvəlki | Yarasa |
Sonrakı | Qızılgərdan |
Süjet xətti
redaktəNorveç səfiri Taylandda Banqkok ətrafı ərazidə yerləşən fahişəxanaların birində ölü vəziyyətdə tapılır.[1] Taylanddakı səfirin ölüm işinin təhqiqatını Norveç polisi olan Harri Hole aparır. Oslo polisinin Kriminalistika şöbəsinin əməkdaşı olaraq, Harri Hole Banqkokun qaranlıq rayonlarının cinayətkarları ilə qarışır və nəhayətində bu işdə vacib adamların əli olduğunu başa düşür. Harri həm də öz ailəsi - dul qalmış atası və Harrinin Taylanda getməsindən bir neçə ay əvvəl zorlanmaya məruz qalan bacısı üçün narahat olur.
İstinadlar
redaktə- ↑ Michael Robbins. "Review:'Cockroaches' by Jo Nesbo". Chicago Tribune. February 7, 2014. April 6, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 6, 2014. (#invalid_param_val)