Tarman Sanmuqaratnam - Wikipedia
Tarman Şanmuqaratnam (tam. தர்மன் சண்முகரத்தினம்; 22 yanvar 1957, Sinqapur) — 2023-cü ilin 14 sentyabr tarixindən etibarən Sinqapur'un IX prezidenti vəzifəsini icra edən sinqapurlu dövlət xadimi və iqtisadçı. Prezident seçilməzdən əvvəl Tarman 2019–2023-cü illər arasında Sinqapurun baş naziri, 2015–2023-cü illərdə isə Sosial Siyasətlər üzrə Koordinasiya Naziri vəzifələrində çalışıb. O, 2011–2023-cü illər arasında Sinqapur Valyuta Təşkilatının (MAS) sədri vəzifəsini icra edib.
Tarman Şanmuqaratnam | |
---|---|
tam. தர்மன் சண்முகரத்தினம் | |
Sinqapur Respublikasının Prezidenti[d] | |
Vəzifədədir | |
14 sentyabr 2023-cü ildən | |
Əvvəlki | Həlimə Yaqub |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 yanvar 1957 (67 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Atası | Kanaqaratnam Şanmuqaratnam[d] |
Dini | hinduizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İxtisasca iqtisadçı olan Tarman bütün iş həyatını Sinqapur üçün dövlət xidmətində, əsasən iqtisadi və sosial siyasətlərlə bağlı vəzifələrdə keçirmişdir. O, eyni zamanda müxtəlif yüksək səviyyəli beynəlxalq şura və panellərə rəhbərlik edib. Hazırda dövlət və özəl sektorlar və akademik dairələrin iqtisadi və maliyyə liderlərindən ibarət qlobal şura olan Otuzlar Qrupunun Qəyyumlar Şurasının sədridir.
O, həmçinin Nqozi Okonyo-İveala, Mariana Maççukato və İohann Rokştröm ilə birgə Su İqtisadiyyatı üzrə Qlobal Komissiyaya həmsədrlik edir. Onun ilkin tövsiyələri 2023-cü ilin martında BMT-nin Su Konfransının nəticələrinin formalaşmasına kömək etmişdir. Tarman həmçinin 2021-ci ildən bəri Nqozi Okonyo-İveala və Lourens Summerslə birlikdə Pandemiyaya Hazırlıq və Cavab üçün Qlobal Maliyyələşdirmə üzrə G20 Yüksək Səviyyəli Müstəqil Panelə həmsədrlik edir. 2017-ci ildə G20-nin Qlobal Maliyyə İdarəçiliyi üzrə Görkəmli Şəxslər Qrupuna sədr təyin edilib.
Tarman Şanmuqaratnam eyni zamanda Dünya İqtisadi Forumunun (WEF) Qəyyumlar Şurasının üzvüdür. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin 2024-cü ildə BMT-nin Gələcəyin Sammiti üçün Effektiv Çoxtərəflilik üzrə tövsiyələr verəcək Effektiv Çoxtərəflilik üzrə Yüksək Səviyyəli Məşvərət Şurasının üzvüdür.[1] O, həmçinin 2011–2014-cü illərdə Beynəlxalq Valyuta Fondunun (BVF) siyasət üzrə məsləhət komitəsi olan Beynəlxalq Valyuta və Maliyyə Komitəsinə (IMFC) sədrlik edib və bura sədrlik etmiş ilk asiyalı olub. Bundan əlavə, 2019–2022-ci illər arasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) İnsan İnkişafı Hesabatının (HDR) Məşvərət Şurasının həmsədri olub.
Tarman iqtisadi və ictimai fəaliyyəti ilə yanaşı aktiv şəkildə siyasi fəaliyyətlə də məşğul olub. 2001-ci ildə həmin dövrdə hakimiyyətdə olmuş Xalq Fəaliyyəti Partiyasının (PAP) üzvü olub və 2001–2023-cü illər aralığında ölkə parlamentində millət vəkili kimi çalışıb. 2011–2019-cu illərdə Baş Nazirin müavini, Maliyyə Naziri vəzifələrində çalışıb. 2007–2015-ci illərdə, 2003–2008-ci illərdə isə Təhsil Naziri vəzifəsində çalışıb.
2001-ci ildəki ilk siyasi debütündən sonra 2006, 2011, 2015 və 2020-ci illərdə keçirilən sonrakı ümumi seçkilərdə dörd dəfə yenidən parlamentə seçilmişdir. 8 iyun 2023-cü ildə 2023-cü ildə təşkil ediləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu elan etmişdir. Tarman Sinqapurda keçirilən prezident seçkilərində iştirak edə bilmək üçün 2023-cü ilin iyul ayında tutduğu bütün siyasi vəzifələrdən istefa vermişdir. Belə ki, Sinqapur qanunlarına görə prezidentlik insitutu siyasi partiya fəaliyyətlərindən uzaqdır və yaxud Sinqapur Prezidenti olan şəxsin heç bir siyasi partiya mənsubiyyəti ola bilməz.[2]
2 sentyabr 2023-cü ildə ölkədə keçirilən növbəti prezident seçkiləri zamanı Tarman Şanmuqaratnam 70,40% səs toplayaraq Sinqapurun IX prezidenti seçilmişdir. O, Sinqapurda prezident seçkilərində qalib gələn ilk qeyri-çinli prezidentliyə namizə və prezident kimi tarixə düşmüşdür.[3] Tarman həmçinin Sinqapurun prezident seçkiləri tarixində ən yüksək səs nisbəti olan 70,40% toplayıb.
Həyatı
redaktəTarman Şanmuqaratnam 1957-ci ilin 25 fevral tarixində Sinqapur kolaniyasında dünyaya gəlib. XIX əsrdə babasının babası Şri Lankanın şimal hissəsində, tamillərin yaşadığı ərazidən Sinqapura gəlib və burada məskunlaşıb. Özüdə, tamil xalqına mənsub olan Tarman IV nəsil sinqapurlu hesab olunur.[4][5][6] Üç uşaqlı ailədə dünyaya gələn Tarmanın atası, Sinqapur Xərçəng Reyestrini quran və xərçəng tədqiqatları ilə bağlı bir sıra beynəlxalq təşkilatlara rəhbərlik edən, Sinqapurda patologiyanın atası kimi tanınan[6] tibb alimi, professor Kanagaratnam Şanmuqaratnamdır.[7][8][9]
Tarman sinqapurlu hüquqşünas Ceyn Yumiko Ittogi ilə evlidir.[10][11] O, Sinqapurda sosial müəssisə və qeyri-kommersiya incəsənət sektoru ilə fəal məşğul olur. Cütlüyün bir qızı və üç oğlu var.
İstinadlar
redaktə- ↑ "Note to Correspondents: Secretary-General's High-Level Advisory Board on Effective Multilateralism Comprises 12 Eminent Current or Former Global Leaders, Officials, Experts". United Nations. 18 March 2022. 28 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2023.
- ↑ Goh, Han Yan. "SM Tharman to run for president, will resign from Govt and PAP on July 7". The Straits Times (ingilis). 8 June 2023. 15 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2023.
- ↑ Wong, Tessa. "Tharman Shanmugaratnam: Singapore picks a president who could've been much more". BBC News. 1 September 2023. 2 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 September 2023.
Although Singapore has had non-Chinese presidents in the past, Mr Tharman is the first one voted in by the public.
- ↑ Yeo, George Yong-boon. George Yeo: Musings – Series One (ingilis). World Scientific. 2022-08-25. ISBN 978-981-12-5971-5. 2 September 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 September 2023.
- ↑ Goh, Kenneth. "Mutton munchy". The Straits Times. 12 July 2015. 5 October 2016 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Tamils in Federated Malaya and Singapore". Daily News. 19 February 2016. 5 October 2016 tarixində arxivləşdirilib.
- ↑ "Aiyoh! After 16 years, he still can't say 'lah". 5 October 2016 tarixində arxivləşdirilib.
- ↑ "Interview with Emeritus Professor K Shanmugaratnam" (PDF). SMA News. 27 December 2010 tarixində arxivləşdirilib (PDF).
- ↑ "Working Overtime". 5 October 2016 tarixində arxivləşdirilib.
- ↑ "Try discipline with love – Acting Education Minister Tharman: My kids, their Mandarin and their future in China". The New Paper. 9 June 2004. 5 December 2008 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Goh, Yan Han; Ho, Grace. "Tharman believes S'pore is ready for a non-Chinese PM". The Straits Times (ingilis). 25 August 2023. 25 August 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2023.