Tarya Halonen - Wikipedia
Tarja Kaarina Halonen (24 dekabr 1943-cü il təvəllüdlü), Finlandiyanın 11-ci prezidenti və 2000–2012-ci illərdə bu vəzifəni tutan ilk qadın kimi fəaliyyət göstərən bir Fin siyasətçisidir. İlk öncə fəaliyyətinə Finlandiya Həmkarlar İttifaqlarının Mərkəzi Təşkilatı (SAK) ilə vəkil kimi başlamış və fəaliyyətindəki uğurlar nəticəsində bu sahə üzrə məşhurlaşmışdır sonra isə Baş nazirin parlament katibi (1974–1975) və Helsinki Şəhər Şurasının üzvü (1977–1996) olmuşdur. Xanım Halonen 1979-cu ildən 2000-ci ildə prezidentliyə seçilənə qədər parlamentdə Sosial Demokrat Partiyasının üzvü olmuşdur. 1987–1990-cı illərdə Sosial İşlər və Səhiyyə Nazirliyində nazir[1], 1990–1991-ci illərdə Ədliyyə Naziri və 1995–2000-ci illərdə Xarici İşlər Naziri vəzifələrində çalışmışdır.
Tarja Halonen | |
---|---|
Tarja Kaarina Halonen | |
| |
Finlandiya Prezidenti[d] | |
1 mart 2000 – 1 mart 2012 | |
Əvvəlki | Marti Axtisaari |
Sonrakı | Sauli Niinistö |
Finlandiya parlamentinin üzvü[d] | |
24 mart 1979 – 29 fevral 2000 | |
Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi[d] | |
25 iyun 1991 – 24 aprel 1995 | |
sədr[d] () | |
1993 – 1995 | |
sədr[d] () | |
1980 – 1981 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Tarja Kaarina Halonen |
Doğum tarixi | |
Doğum yeri | Helsinki, Finlandiya |
Partiya |
|
Təhsili | Helsinki Universiteti |
Fəaliyyəti | Fillandiyanın 11-ci prezidenti |
Dini | lüteranlıq |
|
|
presidenthalonen.fi | |
Vikianbarda əlaqəli mediafayllar |
Halonen, Finlandiyanın son dərəcə populyar bir prezidenti olmuş, 2003-cü ilin dekabrında təsdiqləmə reytinqi ilə yüzdə 88 səviyyəsinə qalxmışdır. İkinci turda Milli Koalisiya Partiyası namizədi Sauli Niinistöyü 51–48% ilə məğlub edərək 2006-cı ildə yenidən seçilmişdir. Müddət məhdudiyyəti səbəbindən 2012 prezident seçkilərində iştirak etmək hüququ olmayan Halonen, 1 Mart 2012-ci ildə vəzifəsindən ayrılmış və yerinə Niinistö gəlmişdir.
İnsan hüquqları məsələlərinə marağı ilə geniş tanınan Halonen 1980-ci illərdə Finlandiya LGBT hüquq təşkilatı Seta-nın sədri vəzifəsində çalışmış və prezidentliyi dövründə qadın hüquqları və qloballaşma problemləri kimi məsələlərin müzakirəsində fəal iştirak etmişdir. 2006-cı ildə, müxtəlif şərhçilər tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş katibi seçimi üçün potensial bir namizəd olaraq göstərilmiş, lakin o, digər karyera seçimləri haqqında düşünmədən əvvəl prezidentlik müddətini bitirmək istədiyini ifadə edərək, rədd etmişdir. 2009-cu ildə Forbes onu dünyanın ən güclü 100 qadını sırasına daxil etmişdir.
Halonen, vəzifəsi qadınlar və ədalətli inkişaf üçün kritik əhəmiyyət kəsb edən məsələlərdə kollektiv fəaliyyətə qlobal səviyyədə ən yüksək səviyyəli qadın liderləri səfərbər etmək olan mövcud və keçmiş qadın prezidentləri və baş nazirlərinin beynəlxalq şəbəkəsi olan Qadın Dünya Liderləri Şurasının üzvüdür.
İstinadlar
redaktə- ↑ "Council of State – Ministers of Justice". Valtioneuvosto.fi. 28 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 December 2017.