Tat Zumre - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Tat Orta Şərqdə və qismən Mərkəzi Asiyada köçəri və yarımköçəri toplumlardan fərqli olaraq oturaq əhaliyə verilən ümumi ad. Daha çox rəiyyətə aid edilirdilər.
Ehtimal olunur ki tatar sözü də tat sözündən yaranıb. Moğol (monqol) tayfalarından olmayan və sonralar ümumi adla tatar adlandırılan tayfalar monqollara nisbətən tabe vəziyətdə idi. Batı xan Avropaya yürüşünü başlamazdan əvvəl tatarları tabe vəziyətdən çıxardı və monqollarla eyni sosial səviyyəyə qaldırdı. Batı xanın Qərbə yürüşündə tatarlar həlledici rol oynadılar. Bu halda tatlar (sonra tatarlar) sırf türk tayfalarına verilən ad idi.
Zümrə mənasında tat sözü xalq mənasında tat sözündən müəyyən qədər fərqlənir. Yuxarıda tatarların misalı buna sübutdur. Başqa bir sübut Azərbaycanda tat dilində danışan, amma tarixən oturaq olmayan dağlıların olmasıdır. Etnik baxımından onlar tatlara yaxın olsalar da, özlərini dağlı adlandırılar. Bu onların tarixən yarıköçəri həyat tərzi ilə bağlıdır.
Tatların xüsusiyətləri barədə Rusiya baş qərargahı polkovniki Kolyubakinin çox maraqlı qeydləri var: Farslar, daha çox tat (tadəşk) kimi tanınaraq 3 mln.(60%) sayla bütün məmləkət böyu yayılıblar. İranın köklü əhalisi olan perslərin və midiyalıların ərəblərlə, kürdlərlə və türk-tatarlarla qarışmasından əmələ gəliblər. Farsların ən təmiz tipi Farsda, Yəzddə, Kirmanda, midiyalıların isə Mazandaranda və Gilanda qorunub -saxlanıb. Bu hissələrdə eləcə də İranın cənub hissəsində bunlar həm şəhər həm də kənd əhalisini təşkil edir, bütün qalan yerlərdə əsasən şəhər əhalisini. Aralarında köçəri olanı yoxdur. Təbii fars ari irqinin xüsusiyətlərini qoruyub hündürboy, düz quruluş, dözümlü, az qida ilə kifayətlənən, sakit xasiyətli, zəhmətkeş (xüsusən kəndli) və çevik ağıllı. Onlarda sənayəyə meyl var, amma onların ən sevimli məşğuliyəti ticarətdir. Ticarətdə onlar hazırcavab, tədbirlidirlər, amma dürüstlüklə seçilmirlər. Oturaq türk, illah ki köçəri, farsdan daha səmimi və dürüstdür.