Tatyana Agababayeva - Wikipedia
Tatyana Ağababayeva — rəssam, batika ustası, Azərbaycan Rəssamlar İttifaqlarının üzvü.
Tatyana Ağababayeva | |
---|---|
Tatyana Odtəkin qızı Ağababayeva | |
Doğum tarixi | |
Doğum yeri | Astana, Qazaxıstan SSR |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Təhsili | Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbi, V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbi |
Janr | Rəssamlıq |
Həyatı
redaktəTatyana Ödtəkin qızı Ağababayeva 1953-cü ildə Qazaxıstanın Almatı şəhərində peşəkar rəssamların ailəsində (anası Ağababayeva Valentina Alekseyevna) dünyaya gəlib. 1975-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini bitirib. 1982-ci ildə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbini (indiki Sankt-Peterburq Dövlət Rəssamlıq-Sənaye Akademiyası) qurtarıb. 1991-ci ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqlarının üzvüdür.
Ana tərəfdən babası Aleksey Nikolayeviç Şebaşev Qazaxıstanda çalışan hərbçilərdən idi, həvəskar rəssam idi. Ata tərəfdən babası İsgəndər Nəfisi dilmanc idi, rus dilindən Azərbaycan türkcəsinə tərcümə edərdi.
Atası Odtəkin Ağababayev portret, anası Valentina Ağababayeva plakat rəssamı, oğulları Nikolay və Aleksey də batik rəssamlarıdır.[1][2]
Yaradıcılığı
redaktə1976-cı ildən Ümumittifaq, Beynəlxalq və Respublika səviyyəsində təşkil olunan 10-dan çox sərginin, bir neçə beynəlxalq simpoziumun iştirakçısı, bir neçə müsabiqənin qalibidir. 1991, 2002, 2005 (iki dəfə), 2009-cu illərdə Bakıda fərdi sərgiləri baş tutub. Əsərləri Bakıdan savayı, Rusiyanın, Almaniyanın müxtəlif qalereyalarında və 20-dən çox ölkədə, şəxsi kolleksiyalarda saxlanılır [3].
Əsərləri
redaktəTatyana Ağababayeva 1982-ci ildən, Muxina adına bədii-sənaye məktəbi bitirdikdən sonra, batikayla məşğul olur. Batikanın Azərbaycanda inkişafı istiqamətində önəmli rolu olan rəssamlardan biridir. O, Azərbaycanda sənətin bu növündə yüzlərlə əsər yaratmış yeganə rəssamdır [4][5]:
- Xəzərin qoruyucu mələyi
- Barama qurdu alleqoriyası
- Dəfnə - qadının dəfnə ağacına dönüşməsi haqqda bəhs edən qədim əsatir əsasında
- "Əks olunmuş dünya" triptixi - itirilmiş sənət abidələr haqqında [6]
İstinadlar
redaktə- ↑ Татьяна Агабабаева: "Королева была приятно удивлена и пожелала чаще видеть представителей Азербайджана..." Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine Эхо. – 2010. – 23 января. – С. 11.
- ↑ Татьяна Агабабаева:“Сегодня сберечь приобретенное – не меньшее искусство, чем его создать” Arxivləşdirilib 2015-05-04 at the Wayback Machine Zerkalo, 20 Сен 2013.
- ↑ MilliAz. Tatyana Ağababayeva: "Görürəm ki, bu sənətlə maraqlanan uşaqların sayı artmağa doğru gedir".
- ↑ Dekorativ-tətbiqi sənətin ən zərif növü – batika Arxivləşdirilib 2021-04-18 at the Wayback Machine. Azadlıq.- 2012.- 7 yanvar.- S.14.
- ↑ "Фестиваль граната на Абшероне!". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
- ↑ Татьяна Агабабаева: "Для настоящего художника законы рынка не существуют" Arxivləşdirilib 2021-12-03 at the Wayback Machine. Эхо. – 2010. – 13 ноября. – С. 11.