Tauer Korpusu - Wikipedia
Tauer körpüsü (ing. Tower Bridge) — İngiltərənin paytaxtı London şəhərində Temza çayının üzərində tikilmiş körpü.[2]
Tauer körpüsü | |
---|---|
Tower Bridge | |
51°30′20″ şm. e. 0°04′31″ q. u.HGYO | |
Keçid | Temza çayı[1] |
Yeri | Tauer-Hemlets[d], Sautark[d] |
Material | polad, qranit, beton |
Uzunluğu |
|
Hündürlüyü | 65 m |
Açılışı | 30 iyun 1894 |
Vikianbarda əlaqəli mediafayllar |
London qalasının yaxınlığında yerləşdiyi üçün körpü qala körpüsü adlandırılmışdır. Bask üslubunda inşa olunmuş körpü, bu üslubda inşa olunan körpülər arasında ən məşhurudur. London şəhərinin qərbində ticarətin sürətlə inkişaf etməsi, şəhərin digər tərəfində yaşayan insanlarla rahat əlaqə qurmağı labüd edirdi. Bu səbəbdən 1870-ci ildən yeni bir körpünün layihələndirilməsinə başlanılmışdır. Əvvəlcə ərazidə hündür olmayan tipik körpü inşa olunması nəzərdə tutulmuşdu. Ancaq belə körpünün London limanına daxil olmaq istəyən gəmilərin hərəkətinə mane olacağı müəyyən edildi. 1876-cı ildə körpünün inşa olunması üçün sahibkarlar və şirkətlər arasında rəsmi tender elan edildi. 1884-cü ildə keçirilən tenderdə Hors Consonun layihəsi qalib gəldi. 1886-cı ildən etibarən tikinti işlərinə başlanıldı. Tikinti işləri 8 il davam etmiş və körpü 1894-cü ildə istifadəyə verilmişdir. Körpüdə iki kanat yol salınmışdır. Gəmilərin keçməsi üçün körpünün alt hissəsinin açılmasında əvvəllər hidrolik üsulundan istifadə olunsada, indi ki, dövrdə elektrikdən istifadə olunur.
İstinadlar
redaktə- ↑ Tower Bridge // Encyclopædia Britannica (ing.).
- ↑ "Dünyaca məşhur körpünü belə tikiblər" (az.). azadxeber.net. 12-12-2013. İstifadə tarixi: 2015-02-17.[ölü keçid]