Taun Hekimi Muqavilesi - Wikipedia
Taun Hekimi Muqavilesi - Wikipedia - Haqqında Məlumat
Taun həkimi müqaviləsi (ing. Plague doctor contract) — Orta əsrlərdə taun həkimləri ilə xəstəliyin yayıldığı şəhər və ya kənd administrasiyasının rəhbərliyi arasında imzalanan müqavilə.[1] Müqaviləyə əsasən həkimlərin epidemiyanın yayıldığı ərazilərdə hansı şərtlər və tələblər daxilində fəaliyyət göstərəcəkləri detallı şəkildə qeyd edilirdi. Bu tip müqavilələrin bəzi nümunələri Avropanın bir çox şəhər arxivlərində saxlanılmaqdadır.[2] Taun həkimi kimi fəaliyyət göstərən insanların əksəriyyətinin tibb sahəsi üzrə təhsilləri yox idi. Bu insanlar çox zaman kənd və şəhərlərin düşmüş olduğu ağır vəziyyətlərdən istifadə edərək insanları sağalda biləcəklərinə inandırır və onlara xüsusi müalicə üsulları təklif edirdilər.