Taxt Tac Erazileri - Wikipedia
Taxt Tac Erazileri - Wikipedia - Haqqında Məlumat
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Taxt-tac əraziləri (ing. Crown Dependencies) — Böyük Britaniya əraziləri olsa da, Birləşmiş Krallığa daxil olmayan və Britaniya dəniz əraziləri sayılmayan ərazilər. Bura Cersi və Gernsi beylivikləri, həmçinin Men adası daxildir.
Hər bir taxt-tac ərazisi özünün avtomobil nömrəsinə (GBG — Gernsi, GBA — Olderni, GBJ — Cersi, GBM — Men), domenə (.gg — Gernsi, .je — Cersi, .im — Men) malikdir. Həmçinin ərazilər Ümumdünya Poçt İttifaqı tərəfindən ayrılan koda ISO 3166-2 (GGY — Gernsi, JEY — Cersi, IMN — Men) da malikdirlər. Bu kodlar 29 mart 2006-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təsdiqlənib.