Taymir Adasi - Wikipedia
Taymır adası — Kara dənizində yerləşən və yayşayışı olmaya iri ada. Taymır yarımadasından şimal-qərbində, Taymır körfəzindən qərbdə qərarlaşır.
Taymır adası | |
---|---|
rus. Остров Таймыр | |
Ümumi məlumatlar | |
Sahəsi | 401 km² |
Uzunluğu |
|
Eni | 18,5 km |
Hündür nöqtəsi | 232 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
76°12′ şm. e. 96°07′ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adadan simalda [[Nordenşeld arxipelaqı yerləşir. Ada materikdən Taymır boğazı ilə ayrılır. Boğazın minimal eni 3 km təşkil edir. Ada 33 kilometr uzunluğa və 10 km enə malikdir.
Adanın sahilləri olduqca girintili-çıxıntılıdlr. Yaxınlığında bir çox adalar vardır: Nansen adası, Bonev adası, Miseev adası, PilotAlekseev adası, Rozmıslov adası və Pilot Mixotkin adası. Bu adalar labirintvari bir quruluş meydana gətirir. Hündür daşlıqlara sahib olan ada, elə bütünlüklə daşlarla örtülüdür. Adanın ən hündür nöqtəsi Effekt (176 m) və Neqra (232 m) dağlarıdır
İqlimi olduqca sərtdir. Bitki örtüyü kasıb olsa belə arktik tundra bitkilərinə rast gəlmək olur. Adanın ətrafında olan su sahəsi ilin böyük qismi quzla örtülü olur. Yay ayları belə burada üzən buz parçaları görünür. Ərazisində mamır, şibyə və ot bitkiləri yayılmışdır. Adaya əsasən məməlilər boğazın buz bağlaması zamanı gələ bilirlər. İnzibati cəhətdən ada Krasnoyarsk diyarı ərazisinə daxildir. 1993-cü ildə Arktika qurşağının qorunması məqsədilə burada qoruq yaradılmışdır. Ada da həmçinin Böyük Arktik qoruğunun ərazisinə daxildir[1]
Araşdırılma tarixi
redaktə1878-ci ildə isveç-rus ekspedisiyasl Adolf Erik Nordenşeldin «Veqa» gəmisində iri bir adanı kəşf edirlər. O, adanı Taymır adlandırır. Bu barədə Arktika araşdırmaçısı Belkov yazırdı[2]:
14 avqust «Veqa» dərin və yaxşı qorunan bur buxtaya daxil olur. Burada qırmızı aktik yayılması ilə Aktin buxtası olaraq adlandırılır. Burada buzlaq gəmini bir necə gün ləngitməli olurlar. Geoloqlar sahilin geoloji xüsusiyyətlərini araşdırarkən bu adanıda Taymır adlandırırlar. Nordenşeld adada olarkən bir işarə qoyur. Oskar Norkvit bu işarənin altında butulka olmasını bildirir. Butulmada İsveç kralına məktub olmuşdur. Yazı rus və isveç dillərində yazılır. V. А. Troiski adanı tətqiq edərkən Nordenşeldin yazısını aşkarlayır. Dəmir yeşik çürümüş, bütülkanın üzərində olan daşlar isə onu sındırmışdır. Xoşbəxtlikdən yazı zərər görməmişdir. Bu tapıntı yerində taxta üzərində bıçaqla yazılmış yazı aşkarlanır[3]. Bu yazı SSRİ coğrafiya cəmiyyəti tərəfindən İsveç kral sarayına göndərilmişdir. Burada tapılan xıritədə Aktin buxtasının dəqiq teri göstərildiyindən tarixi səhv aradan qaldırılmışdır. Vaxtı ilə səhvən buxta Oleniy adlandırılırdı.
1900-cu ildə Rusiya qütb ekspedisiyasının rəhbəri Eduard Toll adada olmuş və burada olan yüksəkliklərdən birində qürb stansiyası salmışdır.
İstinadlar
redaktə- ↑ "Böyük Arktik qoruğu". 2008-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ "Belkov. Qütb ekpedisiyalarının izi ilə". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-02.
- ↑ «Знак Норденшельда, найден В. А. Троицким на г/с „Секстан“ 2/IX 1971 г.».