Telamon - Wikipedia
Telamon (q.yun. Τελαμών — sözün həqiqi mənasında "daşıyıcı", kökü τληναι sözünə bağlıdır) — qədim yunan mifologiyasında[1] Eak və Endeidanın oğlu (və ya Ferekidə əsasən, Aktey və Qlavkanın), Peleyin qardaşı və Böyük Ayaks, Tevkr Telamonid və Trambelin atası; həm də Miltiadin mifik əcdadı. Salamin adasının hökmdarı."İliada" və "Odissey" (XI 468) əsərlərində onun haqqında bir neçə dəfə bəhs olunur. Onun "Telamon" adı qala qalxanı üçün istifadə edilən toqqalı lentin adıdır, hansı ki həmçinin "dayaq, dəstək" mənasını verirdi.[2]
Telamon | |
---|---|
q.yun. Τελαμών | |
Cinsi | kişi |
Atası | Eak və ya Aktey |
Anası | Endeida və ya Qlavka |
Qardaşı və bacısı | Peley |
Arvadı | Peribeya |
Uşaqları | Böyük Ayaks, Tevkr Telamonid və Trambel |
Vikianbarda əlaqəli mediafayllar |
O, bir arqonavt idi, qardaşı ilə sol bortda[3] burun avarlarında oturmuşdur[4]. Peliusa görə keçirilən cənazə oyunlarında disk atışında qələbə qazandı.[5] Kalidon ovunun iştirakçısı olmuşdur.[6] Anasının təhriki ilə Peleylə birlikdə qardaşı Foku öldürdü, bunun nəticəsində o, Salaminə Kixreyin yanına qaçmağa məcbur oldu, hansı ki onu cinayətdən təmizlədi və Salamin səltənətinin varisi etdi. Qardaşı Foku öldürdüyü üçün atası tərəfindən Eginadan qovuldu.[7] Salamində məskunlaşdı və Alkafoyun qızı Peribeya[8] ilə evləndi və Eant adlı oğlu oldu. Fokun qətl ittihamlarına qarşı özünü dənizdə qum təpəsində müdafiə edirdi.[9]
Troyanın Herakl tərəfindən mühasirəsi zamanı, Telamon, atası Eak tərəfindən inşa edilən yerdən divara birinci qalxdı.[10] Qəhrəmanlığına həsəd aparan Herakl, qılıncla Telamona tərəf qaçdı. Ancaq özünü müdafiə etməyən Telamon, Herakl üçün bir qurbangah tikdiyini izah edərək daş yığmağa başladı. Hərbi qənimətlərin bölünməsi ilə padşah qızı Hesionaya yiyə çıxdı və onların Tevkr adında uşaqları oldu.[11]
Heraklın amazonlarla müharibəsində iştirak etmişdir.[12] Versiyaya görə, Heraklın Elidaya hücumu zamanı öldü və Araoniya (Arkadiya) çayının sahilində dəfn edilmişdir.[13] Daha yayılmış versiyaya əsasən, o, Troya müharibəsindən sonra belə sağ idi.
Telamon və Ayaks Salaminin havadarları kimi tanınırlar. E.ə. 480-ci ildə baş verən Salamin döyüşü ərəfəsində yunanlar onları çağıraraq dua edirdilər.
İstinadlar
redaktə- ↑ Мифы народов мира. М., 1991–92. В 2 т. Т.2. С.497
- ↑ Клейн Л. С. Анатомия "Илиады". СПб, 1998. С.188
- ↑ Валерий Флакк. Аргонавтика I 353
- ↑ Аполлоний Родосский. Аргонавтика I 85–86; Псевдо-Аполлодор. Мифологическая библиотека I 9, 16; Гигин. Мифы 14 (с.26, 35)
- ↑ Гигин. Мифы 273
- ↑ Павсаний. Описание Эллады VIII 45, 6; Овидий. Метаморфозы VIII 309; Гигин. Мифы 173
- ↑ Псевдо-Аполлодор. Мифологическая библиотека III 12, 6
- ↑ Павсаний. Описание Эллады I 42, 4
- ↑ Павсаний. Описание Эллады II 29, 10
- ↑ Софокл. Эант 435–437; Еврипид. Троянки 799–819
- ↑ Псевдо-Аполлодор. Мифологическая библиотека II 6, 4
- ↑ Пиндар. Немейские песни III 37
- ↑ Павсаний. Описание Эллады VIII 15, 6–7