Telman Orucov - Wikipedia
Telman Xəlil oğlu Orucov (1940, Qaramanlı, Yevlax rayonu) — Azərbaycan dövlət və siyasi xadimi.
Telman Orucov | |
---|---|
5 fevral 1991 – 16 oktyabr 1991 | |
Sədr | Elmira Qafarova |
Sonrakı | Ziyad Səmədzadə |
mart 1987 – 11 mart 1991 | |
Birinci katib | Kamran Bağırov Əbdürrəhman Vəzirov Ayaz Mütəllibov |
oktyabr 1986 – mart 1987 | |
dekabr 1985 – 9 oktyabr 1986 | |
Sədr | Musa Məmmədov |
25 mart 1981 – 12 dekabr 1985 | |
Əvvəlki | İnqilab Şəmiyev [a] |
Sonrakı | nazirlik ləğv edilib |
27 mart 1980 – 25 mart 1981 | |
Əvvəlki | Soltan Əzizov |
Sonrakı | İnqilab Şəmiyev |
1975 – 9 aprel 1980 | |
Əvvəlki | Nadir Abbasov |
Sonrakı | Sadıq Murtuzayev |
iyul 1969 – avqust 1971 | |
Birinci katib | Cavanşir Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1940 |
Doğum yeri | |
Partiya | |
|
|
Təltifləri | |
telmanorucov.com |
Həyatı
redaktəTelman Xəlil oğlu Orucov 1940-cı ildə Yevlax rayonunun Qaraimanlı kəndində müəllim ailəsində anadan olmuşdur. Atası Xəlil Həsənqulu oğlu 1943-cü ildə Böyük Vətən müharibəsində cəbhədə həlak olmuş, anası Suqra Nağı qızının himayəsində böyümüşdür.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsinə daxil olmuş, 1964-cü idə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə illərində Kommunist partiyası sıralarına daxil olaraq 1991-ci ildəki partiyanın ləğvinə qədər onun sıralarında fəaliyyət göstərmişdir.
Siyasi fəaliyyəti
redaktə1965-ci ilin iyununda Beyləqan (keçmiş Jdanov) rayon partiya komitəsinə təlimatçı təyin olunmuş, 1966-cı ilin sonundan 1969-cu ilin ortalarınadək rayon komsomol komitəsinin birinci katibi işləmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir. 1969-cu ildə iyul ayının əvvəllərində Beyləqan rayon partiya komitəsinin ikinci katibi seçilmiş, bu vəzifədən 1971-ci ilin avqustunda Moskvaya, Sov. İKP Mərkəzi Komitəsi yanındakı Ali Partiya Məktəbində oxumağa göndərilmiş, 1973-cü ilin iyulunda bu təhsilini də fərqlənmə diplomu ilə başa vurmuşdur. 1973-cü ilin avqustundan 1975-ci ilin iyununa qədər Azərbaycan KP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin inspektoru, 1975−1980-ci illərdə Ağdam rayon partiya komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1980-ci ilin martında respublika tədarük naziri, bir il sonra isə respublika meyvə-tərəvəz təsərrüfatı naziri təyin edilmişdir. 1985-ci ilin sonunda aqrar sahə üzrə nazirliklərin və baş idarələrin birləşməsindən yaradılmış Dövlət Aqrar-Sənaye Komitəsi sədrinin birinci müavini – respublika naziri təyin edilmişdir. 1986-cı ilin oktyabrından beş ay müddətində "Azərittif"aqın sədri işləmişdir. 1987-ci ilin martında Azərbaycan KP Mərkəzi Komitəsinin katibi seçilmişdir. Bu vəzifədə dörd il işlədikdən sonra, 1991-ci ilin fevralından oktyabrına qədər Azərbaycan SSR Ali Soveti sədrinin birinci müavini vəzifəsini icra etmişdir.
Dörd çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 1976–1991-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, 1987–1991-ci illərdə isə Mərkəzi Komitə Bürosunun üzvü olmuşdur.
Bir müddət Azərbaycan Demokrat Partiyasının üzvü olmuşdur.[1]
T. Orucov xidmətlərinə görə "Oktyabr inqilabı" və iki "Qırmızı əmək bayrağı" ordenləri ilə təltif edilmişdir.
Yaradıcılığı
redaktə1990-cı illərdən yaradıcılıqla məşğul olmuş, 1999-cu ildən başlayaraq son 15 il ərzində respublika mətbuatında ardıcıl çıxış etmişdir. 2000-ci ildə ilk iki kitabı – "Zamanın ruhu" və "Tarixdə iz qoyanlar" əsərləri çapdan şıxmışdır. Sonrakı illərdə "Ömürdən fraqmentlər", "Düşüncələr albomu", "Qədim Roma: qüdrətin qabarması və çəkilməsi", "ABŞ : beşikdən zirvəyə gedən yol", "Gerçəkliyin əks-sədası", 3 cildlik "Ümumdünya tarixi", "Həyat kaleydoskopu" kitabları çapdan şıxmışdır. "Məhəbbət mehrabı" adlı bədii əsəri mətbuatda dərc olunmuşdur. 2 cildlik "Göy qübbəsini işıqlandıranlar" və "Mahiyyətə nüfuz anı" kitabları çapdadır. Rus, ingilis, türk dillərindən sərbəst istifadə edir, latın, ispan və fransız dillərini isə səthi bilir. İngilis və ispan dillərindən tərcümələr edir. İngiliscədən tərcüməsində ABŞ prezidentləri Barak Obamanın "Ümidin cəsarəti" və Con Kennedinin "Mərdliyin profilləri" kitabları çapdan çıxmış və mətbuatda dərc edilmişdir.
Ailəsi
redaktə1970-ci ildə T. Orucov Fazilə Əvəz qızı ilə ailə qurmuşdur. Xanımı ali təhsilli kimyaçı olmaqla, 1971–2012-ci illərdə orta məktəb müəllimi işləmişdir. Üç övladı var. Oğlu Tofiq ixtisasca həkimdir, qızları Aygün bioloq, Aytən isə politoloqdur. Beş nəvəsi var.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2020-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
Mənbə
redaktə- "Arxivlənmiş surət". 2017-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.