Temirxan Sura - Wikipedia
Buynaksk (tarixi adı qum. Temir-Xan-Şura — Teymurxanşura — Teymurun şurası) — Şimali Qafqazda yerləşən Dağıstan Respublikasının inzibati vahidində şəhər. Şəhər Xəzər dənizinin şimal-qərb sahillərində yerləşir.
Şəhər | |
Buynaksk | |
---|---|
Шура Шура Щурагьи Буйнакск | |
42°49′ şm. e. 47°07′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1834 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 490 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368220 |
Digər | |
buynaksk05.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMahaçqala şəhərinin qərbində yerləşən Temirxan-Şura Dağlılar Respublikasının paytaxtı olmuşdur. Çar imperiyası zamanı, şəhərdə 5 min nəfərlik əsgər polku saxlanılırdı. Yaxın şəhərlərdə baş verən üsyanların yatırılmasında, bu polkdan tez-tez istifadə edilmişdir. 1863-cü ildə Zaqatala üsyanı zamanı, çar ordusu Temirxan-Şuradan üsyanı yatırmaq üçün 3 minlik süvari rus qoşunu göndərmişdir. Sovet hakimiyyəti qurulduqdan sonra şəhərin adı Buyraksk olaraq dəyişdirilmişdir.
Sovet hakimiyyəti dağıldıqdan sonra da Buynakskda federal hakimiyyətə qarşı üsyançıların bir çox hücumları olmuşdur. 1999-cu il sentyabrın 4-də rus hərbçilərinin qaldığı binanın partladılması nəticəsində 64 nəfər ölmüş, 133 nəfər yaralanmışdı. 2010-cu il sentyabrın 5-də Buynaksk rayonundakı hərbi hissəyə hücum olub. Naməlum şəxsin partlayıcı quraşdırılmış maşını hərbi hissənin darvazasına çırpması nəticəsində baş verən partlayış zamanı 5 rus əsgəri ölüb, 30-dan çoxu isə yaralanıb.[3] Lakin sonradan verilən məlumata görə bu hücum nəticəsində ümumilikdə 56 rus hərbçisi öldürülüb.[4]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ http://www.gks.ru/dbscripts/munst/munst82/DBInet.cgi.
- ↑ "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
- ↑ "Hərbi hissəni partladan silahlının adı məlum oldu". 2012-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-18.
- ↑ "Kavkazcentr". 2012-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-09.