Tensinq Norgey - Wikipedia
Tensinq Norgey (əsl adı Namqyal Vanqdi; may 1914 - 9 may 1986) — şerp mənşəli Nepal və Hindistan alpinisti. Tarixdəki ən məşhur alpinistlərindən olan Tensinq Norgey 29 may 1953-cü ildə Edmund Hillari ilə birlikdə Everestin zirvəsini fəth etmiş ilk iki insandan biridir. O, "Taym" jurnalı tərəfindən 20-ci əsrin ən təsirli şəxsləri siyahısına daxil edilmişdir.
Tensinq Norgey | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Kxumbu, Nepal |
Vəfat tarixi | |
Vəfat yeri | Darcilinq, Hindistan |
Vəfat səbəbi | beyin qansızması[d] |
Vətəndaşlığı | Hindistan |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], avtobioqraf[d], alpinist |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən dövr
redaktəTensinqin həyatının erkən dövrü ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur. Öz avtobioqrafiyasında yazdığına görə, o, şerp mənşəlidir və Nepalın şimal-şərqində yerləşən Kxumbu adlanan ərazinin Tenqboçe kəndində böyümüşdür. Kxumbu tibetlilərin və şerplərin Comolunqma (Tibet dilində "Müqəddəs ana") adlandırdığı Everest dağının yaxınlığında yerləşir. Tensinq şerplərin və tibetlilərin ənənəvi dini olan Buddizmin ardıcılı idi.
Tensinqin dəqiq doğum tarixi məlum olmasa da, o özü hava və məhsula görə mayın sonlarında doğulduğunu iddia edirdi. Everesti 29 mayda fəth etdikdən sonra, o, öz doğum gününü bu tarixdə qeyd etməyə qərar verdi. Onun anadan olduğu il isə Tibet təqviminə görə Dovşan İli olmuşdur; bu isə 1914-cü ilə təsadüf edir. Onun ilk adı Namqyal Vanqdi olsa da, uşaq ikən adı məşhur Ronqbuk monastırının baş laması və yaradıcısı Nqavanq Tensin Norbunun məsləhəti ilə dəyişdirilmişdir. "Tensinq Norgey" adı "dinin zəngin və bəxtəvər ardıcılı" kimi tərcümə oluna bilər. Tensinqin atası yak çobanı Qanq La Minqma (1949-cu ildə vəfat etmişdir) və anası Dokmo Kinsom (oğlunun Everesti fəth etməsini görmüşdür) olmuşdur; Tensinq özü 13 uşaqdan 11-cisi olmuşdur. Onun qardaş və bacılarının bir çoxu hələ gənc ikən dünyadan köçmüşdür.
İstinadlar
redaktə Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |