Termin - Wikipedia
Termin (lat. terminus — sərhəd, son hədd) — müxtəlif ixtisas və peşə sahibləri ilə əlaqədar sözlər (ixtisas sözləri).
Terminlər hansısa sahənin predmetləri, halları, anlayışları üçün ixtisaslaşmış məzmun daşıyır Adi sözlərdən fərqli olaraq terminlər birmənalıdır və ədəbi izah deyildir.
Terminlər, əsasən, elmi üslubda işlədilir. Dilimizdə elə sözlər var ki, onlar yalnız termin kimi işlənir. Məsələn, relyef, qrafient, fiksaj, akvarel, metafor, sinexdoxa və s. Elə sözlər var ki, onlar həm termin, həm də ümumişlək söz kimi işlənir. Məs: aşıq, ada, bənd, isim, güc, bucaq, qüvvə, enerji, zərf və s.
Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq terminlərdən bəziləri ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, solo, aspirin, arayış, protokol, soyuducu, komputer və s.
Terminlər çoxu alınmadır. Amma terminlərdən milli olanlar da var. Məsələn, qoşma, çıxma, vurma, bölmə, qalıq, bölünən, bölən, arayış və s.
Xüsusiyyətləri
redaktə- Yığcamlıq.
- Yeni söz yaratmaq qabiliyyətinə malik olmaq.
- Emosionallığın olmaması.
- Məcaziliyin, sətiraltı mənanın olmaması;
- Çoxmənalığın olmaması;
- Əksər hallarda sinoniminin olmaması;
Ədəbiyyat
redaktə- Сложеникина Ю. В. Термин: живой как жизнь (почему термин может и должен иметь варианты). http://www.zpu-journal.ru/e-zpu/2010/5/Slozhenikina/
- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
- Ş.Sadıq, E.Nəcəfov, A.Əsədov. Azərbaycan dili. Dərs vəsaiti. Bakı:Çaşıoğlu, 2009–272 s.