Teucejsk Rayonu - Wikipedia
Teuçejsk rayonu (adıq Теуцожь район) — Rusiya Federasiyası, Adıgey Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Ponejukay auludur.
Teuçejsk rayonu | |
---|---|
44°53′06″ şm. e. 39°23′24″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1929 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəTeuçejsk rayonu Adıgey Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 697.97 km²-dir. Bura 1 şəhər və 6 kənd yaşayış məntəqəsi daxildir.
Aşağıdakı ərazilərlə həmsərhəddir: şimal-şərqdə Krasnoqvardeysk rayonu, şərqdə Beloreçensk rayonu, cənubda Qoryaçı Klyuç rayonu, qərbdə Taxtamukaysk rayonu, şimaldan Krasnodar su anbarı ilə ayrılan Krasnodar şəhər dairəsi ilə. Qərbdən, şimaldan və şərqdən bir yarım halqada olan rayon Adıgeysk şəhərini əhatə edir.
Rayon respublikanın düzənlik zonasında yerləşir. Ərazisi şimalda bir qədər parçalanmış və zəif dalğalıdır. Tədricən cənubdan təpəli əraziyə çevrilir. Cənub-şərqdən şimal-qərbə qədər hündürlükdə ümumi bir azalma var. Bölgənin torpaq örtüyündə qara torpaq ən geniş yayılmışdır.
Rayonun əsas su yolu bölgədəki Krasnodar su anbarını meydana gətirən Kuban çayıdır. Rayon ərazisindən axan digər çaylar:Pşiş, Marta, Apças, Psekups, Çetuk və başqaları. Tlyustenxabl qəsəbəsi və Tuğurqa aulunda təmizləyici qurğular var.
Rayonda iqlim rütubətli və mülayimdir, Qara dənizə yaxınlığı nəzərə çarpacaq dərəcədə təsirlidir. Havanın orta temperaturu iyulda + 24.0 ° C-dən yanvarda 0 ° C-ə qədər dəyişir. Ən yüksək temperatur avqustun əvvəllərində, ən aşağı isə yanvarın sonu və ya fevralın əvvəlində müşahidə olunur. Orta illik yağıntının miqdarı təxminən 700 mm-dir. Ən çox yağıntı yayda düşür.
Tarixi
redaktə5 avqust 1924-cü ildə, Cənub-Şərq diyarının Adıgey (Çerkes) Muxtar Vilayətinin ləğv edilmiş Psekupski rayonu ərazisinin bir hissəsində, mərkəzi Ponejukay aulu olan Cicixabl rayonu təşkil edilir. Əvvəlcə bura 6 kənd məclisi daxil idi: Assokolay, Qabukay, Cicihabl, Kuro-Ternovski, Ponejukay və Şabanoxabl. 1925-ci ildə Cicixabl rayonu Ponejukay adlandırılır. 7 fevral 1929-cu ildə ləğv edilmiş Taxtamukaysk ərazisi rayona birləşdirilir və rayon Psekupski adlandırılır. 28 dekabr 1934-cü ildə rayon keçmiş Ponejukay adı ilə keçmiş sərhədlərində bərpa edilir. 15 iyul 1940 Ponejukay rayonu Adıgey xalq şairi - Tsuq Teuçejin şərəfinə Teuçejsk adlandırıldı. 5 dekabr 1956-cı il tarixdən 5 avqust 1957-ci ilədək rayon ləğv edildi və ərazisi Taxtamukaysk rayonunun bir hissəsi oldu. 1 fevral 1963-cü ildə ləğv edilmiş Oktyabrski rayonunun ərazisi Teuçejsk rayonunun bir hissəsi olur və Oktyabrski kəndi rayonun mərkəzi olaraq təyin edilir. 27 iyul 1976-cı ildə rayonun tərkibinə daxil olmayan regional tabeli Teuçejsk şəhəri yeni bir rayon mərkəzi olur. 25 aprel 1983-cü ildə Oktyabrski rayonu Teuçejsk rayonundan ayrıldı və ərazisi bərpa edilir. 1993-cü ildə kənd şuralarının fəaliyyəti dayandırılır və kənd idarələrinin əraziləri kənd rayonlarına çevrilir. 2000-ci ildə Teuçejsk rayonunun inzibati mərkəzi yenidən Ponejukay kəndinə köçürülür. 2005-ci ildə rayonda bütün kənd dairələri ləğv edildi. 1 şəhər və 6 kənd yaşayış məntəqəsi statusu ilə 7 bələdiyyə quruldu.
Əhali
redaktə- Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir[2]:
xalq | say, nəf. |
ümumi əhaliyə olan nisbət, % |
---|---|---|
adıqlar | 13 383 | 64,83 % |
ruslar | 5 626 | 27,25 % |
ermənilər | 230 | 1,11 % |
azərbaycanlılar | 216 | 1,05 % |
digərləri | 592 | 2,87 % |
milliyətini bildirməyənlər | 596 | 2,89 % |
ümumi | 20 643 | 100,0 % |
İqtisadiyyat
redaktəRayon iqtisadiyyatında əsas rolu sənaye və kənd təsərrüfatı tutur[3].
Sənaye
redaktəSənaye aparıcı bir sahədir. 1 yanvar 2018-ci il tarixinə rayonda 4 böyük, 1 orta, 7 kiçik və 2 mikro müəssisə fəaliyyət göstərir.
Kənd təsərrüfatı
redaktəƏkin sahələrinin strukturunda sənaye bitkiləri əhəmiyyətli sahələr tutur. Bu qrup bitrkilərdə çeşidlilik və müvafiq olaraq ümumi məhsul durmadan artır. Həmçinin ərazidə düyü bitkilərinin becərilməsi üçün ayrılan sahə də vardır.
Rayonda 340 hektar bağ salınmışdır ki, bunun da 309 hektarı damcı suvarma ilə suvarılan intensiv tipli bağlardır.
KİV
redaktəRayonda baş verən hadisələri təqdis edən "Teuçejsk xəbərləri" adlı regional qəzet nəşr olunur[4]. Qəzet həftədə iki dəfə dərc olunur.
Rayonun rəsmi saytı var.
Məşhur sosial şəbəkələrdə rayon administrasiyasının rəsmi səhifələri vardır.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ https://23.rosstat.gov.ru/storage/mediabank/%D0%A7%D0%B8%D1%81%D0%BB%D0%B5%D0%BD%D0%BD%D0%BE%D1%81%D1%82%D1%8C%20%D0%BF%D0%BE%D1%81%D1%82%D0%BE%D1%8F%D0%BD%D0%BD%D0%BE%D0%B3%D0%BE%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%B8%D1%8F%20%D0%BF%D0%BE%20%D0%9C%D0%9E%20%D0%B8%20%D0%BD%D0%B0%D1%81%D0%B5%D0%BB%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%BC%20%D0%BF%D1%83%D0%BD%D0%BA%D1%82%D0%B0%D0%BC%20%D0%BD%D0%B0%201%20%D1%8F%D0%BD%D0%B2%D0%B0%D1%80%D1%8F%202012-2023%20%D0%B3%D0%BE%D0%B4%D0%BE%D0%B2.rar (rus.).
- ↑ "Всероссийская перепись населения 2010 года. Численность населения Республики Адыгея. Том 4. Национальный состав" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-11.
- ↑ "Теучежский район: Экономика". 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.
- ↑ "Теучежские вести". 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-01.