Teymur Agayev - Wikipedia
Teymur Nəmətulla oğlu Ağayev (5 fevral 1961, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan alimi, kimya üzrə elmlər doktoru, professor.
Teymur Ağayev | |
---|---|
Teymur Nəmətulla oğlu Ağayev | |
Doğum tarixi | 5 fevral 1961 (63 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Həyatı
redaktəTeymur Nəmətulla oğlu Ağayev 5 fevral 1961-ci ildə İsmayıllı rayonu Buynuz kəndində anadan olmuşdur. 1978-ci ildə İsmayıllı rayonu Topçu kənd orta məktəbini bitirmiş və həmin ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutuna daxil olmuşdur. 1984-cü ildə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunun «Radiasiya kimyası» ixtisasını bitirdikdən sonra göndərişlə AMEA Radiasiya Tədqiqatları Sektorunda baş laborant vəzifəsinə işə qəbul olunmuşdur. 1987–ci ildə aspiranturaya daxil olmuş, 1991-ci ildə aspiranturanı bitirmişdir. 1992-ci ildə «Alüminium akseptor mərkəzlərin suyun radiasiya katalitik parçalanmasında rolu» mövzusunda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-ci ildən 2006-cı ilədək İnstitutda müxtəlif vəzifələrdə çalışmış və nəhayət 2006-cı ildən etibarən 11 saylı «Heterogen proseslərin radiasiya kimyası» laboratoriyasının rəhbəri vəzifəsinə təyin edilmiş, hal–hazırda həmin vəzifədə çalışır. [1]
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 27 iyul 2017-ci il tarixli qərarı ilə Teymur Nemətulla oğlu Ağayevə "Nüvə kimyası" ixtisası üzrə professor elmi adı verilmişdir.
T.Ağayev savadlı, işgüzar elmi rəhbərdir. İşlədiyi müddətdə özünü yüksək hazırlıqlı alim, mehriban və sadiq yoldaş kimi göstərib, özünə və tabeliyində olan əməkdaşlara qarşı çox tələbkardır. Yüksək ziyalılıq, mədəni rəftar, əxlaqi təmizlik, qayğıkeş insan, prinsipial və yüksək hazırlıqlı alim, eləcə də məhsuldar elmi fəaliyyətilə onu qısa xarakterizə emək olar.
Elmi fəaliyyəti
redaktə«Heterogen proseslərin radiasiya kimyası» laboratoriyası dünyada neft və neft məhsullarının tükənməsi ilə əlaqədar olaraq atom-hidrogen energetikası sahəsində geniş elmi tədqiqat işləri aparır, atom enerjisinin istilik və radiasiya tərkib hissələrinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsilə çevrib, toplayıb və nəqlinin yeni effektiv metodlarını işləyib hazırlamışdır. Laboratoriya müxtəlif nano katalizatorların iştirakı ilə suyun radiolitik parçalanması üsulu ilə yüksək çıxıma malik universal enerji daşıyıcısı olan molekulyar hidrogenin alınması ilə məşğul olur.
Son illər Ağayev T.N. nüvə enerjisinin, dinc məqsədlərlə istifadəsi, nüvə reaktorlarının təhlükəsizliyi, radiasiya təhlukəsizliyi və radiasiya materialşünaslığı kimi aktual problemlərlə məşğul olur. Alimin sonrakı elmi fəaliyyəti- təhlükəsiz nüvə çevrilmələri vasitəsi ilə alternativ enerji mənbəyi olan hidrogenin sadə və iqtisadi cəhətdən əlverişli üsulla əldə edilməsi, nüvə reaktorlarında istifadə olunan konstruksion materialların (paslanmayan polad, metallik Be, Zr) radiasiyaya davamlılığının artırılması kimi problemlərin tədqiqinə həsr olunmuş və bu sahədə böyük praktik əhəmiyyətə malik olan elmi nəticələr əldə etmişdir. Son vaxtlar nüvə texnologiyası və energetikasının inkişafı ilə əlaqədar müxtəlif faza təmasında gedən radiasiya-heterogen prosesləri diqqət mərkəzindədir. Radiasiya-heterogen prosesləri radisiya-katalizi, yüksək enerjilər kimyası, radiasion nüvə texnologiyaları, nüvə energetikası sistemində böyük əhəmiyyət kəsb edir. Radiasiya-heterogen sistemlər və radiasion-texnologiyalar nüvə enerjisinin çevrilib istifadəsi sistemlərinin əsas aparıcı tərkib hissələrini təşkil edir. Homogen radiasion-kimyəvi proseslərdə mənbənin enerjisinin istifadə effektivliyinə, proseslərin sürəti və selektivliyinin idarə edilmə imkanlarına görə radiasiya-heterogen, xüsusən də radiasiya-katalitik proseslər böyük üstünlüyə malikdir. T.Ağayevin uzun illərdən bəri radiasiya-katalizi, radiasiya-heterogen proseslər sahəsində apardığı ardıcıl, məqsədyönlü elmi tədqiqatlarının nəticələri bu proseslərin mexanizminin aşkarlanması, praktiki məqsədlərlə istifadəsi yollarının işlənməsi, mövcud su ilə soyudulan nüvə reaktorlarının hidrogen təhlükəsizliyi kimi problemlərinin durumunun və səbəblərinin aydınlaşdırılmasına həsr olunmuşdur.
Atom-hidrogen energetikası istiqamətində müəllif, nüvə enerjisinin hidrogen vasitəsi ilə çevrilməsinə imkan verən effektiv radiasiya-katalitik proseslər üçün katalizator seçiminin elmi əsasları və optimal rejimlərini işləyib aşkar etmişdir. Müəllif "Su və karbohidrogen sistemlərindən hidrogenin radiasiya-katalitik alınması prosesləri və konstruksion materialların onların kinetik parametrlərinə təsiri" mövzusunda doktorluq dissertasiya işini 2015-ci ildə müdafiə etmişdir. Müəyyən etmişdir ki, paslanmayan poladın və sirkoniumun T=300 K temperaturda hidrogen peroksid mühitində qabaqcadan radiasiya - oksidləşdirici işlənməsi nəticəsində bir tərəfdən həmin konstruksion materialların işlənmə müddətini artırır, digər tərəfdən isə su, karbohidrogen-su sistemlərinin onların səthində parçalanması zamanı hidrogenin çıxımının artmasına səbəb olur. Su ilə suyudulan nüvə reaktorlarının hidrogen təhlükəsizliyi sahəsində konstruksion materialların radiasiyaya davamlılığının artırılması, metal, metal-oksidlərin iştirakı ilə radiasion-texnologiyalarda su, karbohidrogen-su sistemlərindən radiasiya-katalitik parosesləri nəticəsində hidrogenin alınmasının elmi əsaslarını işləyib hazırlamışdır. İlk dəfə olaraq paslanmayan polad və sirkoniumun korroziyaya qarşı davamlılığnın artırılmasının radiasiya-oksidləşmə metodunu aşkar etmişdir.
Əsas elmi nailiyyətləri
redaktəTeymur Ağayevin " Heterogen proseslərin radiasiya kimyası" sahəsində aldığı elmi nəticələr MDB-nin müxtəlif elmi müəssisələrində geniş müzakirə olunmuşdur. Rəhbərlik etdiyi elmi istiqamət üzrə xarici elmi mərkəzlərlə sıx əlaqələr yaratmış, müntəzəm olaraq Beynəlxalq və Respublika əhəmiyyətli elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Geniş və hərtərəfli elmi əlaqələrə malik alim, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf fondunun, Ukrayna Elmi-Texniki Mərkəzinin bir neçə layihə müsabiqəsinin iştirakçısı olmuş və bu layihələri uğurla davam etdirilərək başa çatdırmışdır. O,150-dən çox elmi əsərin müəllifidir. 2014-cü ildən AMEA RPİ-i nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.221 Dissertasiya Şurasının elmi katibi vəzifəsində çalışır. Hal hazırda Ağayev Teymur Nəmətulla oğlu vəzifəsinə yüksək məsuliyyət hissi ilə yanaşır, dissertasiya işlərinin yüksək səviyyədə hazırlanmasında böyük və səmərəli əmək sərf edir.
İnstitutun elmi şurasının üzvüdür. Onun elmi kadrların yetişdirilməsindəki xidmətləri diqqətə layiqdir. O "Heterogen prosesləri radiasiya kimyası" sahəsində, nüvə kimyası, radiasiya materialşünaslıq ixtisasları üzrə elmi məktəb yaratmış, rəhbərliyi altında beş nəfərdən çox fəlsəfə doktoru yetişdirmişdir. T.N.Ağayev indi də kadr hazırlığı sahəsində işini davam etdirir. Belə ki, hazırda onun rəhbərliyi altında radiasiya materialşünaslığı, nüvə kimyası ixtisasları üzrə beşdən cox tədqiqatçı fəlsəfə doktorluğu işlərini müvəffəqiyyətlə yerinə yetirir.
Əsas elmi əsərləri
redaktə- Т.Н.Агаев, А.А. Гарибов, Г.Т. Иманова, С.З. Меликова, Н.Н. Гаджиева. Изучение радиационно-термического разложения воды на нано-ZrO2+H2O методом ИК-спектроскопии. Химия высоких энергий, 2014, том 48, №3, Москва, с.239-243
- Т.Н.Агаев, A.A. Гарибов. Радиационно-гетерогенные процессы в контакте нержавеющей стали с морской водой. Физикохимия поверхности и защита материалов, 2014, т. 50, № 4, с. 454–459
- T.N.Agayev, A.A. Garibov, M.R. Ghahramani. A nowel way to production yytrium glass microspheres for medical applications. Glass physics and chemistry, 2014, v.40, №3, pp.283-287
- T.N.Agayev, A.A. Garibov, M.R. Ghahramani. Preliminary results on a new method producing yytrium phosphours microspheres. Applied radiation and isotopes, 2014, 92, pp.46-5
- T.N.Agayev, A.A. Garibov, M.Y. Hasemi. Effect of gamma radiation on oxidation of electroless Ni-P deposited on stainless steel st.304. J.Surface enginering and applied electrochemistry, 2014, v.50, №1, pp.38-42
- Т.Н.Агаев , А.А. Гарибов , Г.Т. Иманова, И.А. Мамедярова. Фазовые переходы в нано-диоксиде циркония. AMEA Xəbərləri, Fizika və astronomiya, 2015, c.XXXV, №5, s.55-60
- Т.Н.Агаев , А.А. Гарибов, Г.Т. Иманова, К.Т. Эюбов. Кинетика радиационного и термокаталитического разложения воды в присутствии нанодиоксида циркония. Вопросы атомной науки и техники, сер: «Физика радиационных повреждений и радиационное материаловедение», 2015, №5, с.48-52
- T.N.Agayev, A.A. Garibov, M.R. Ghahramani. Determination of radiochemical purity of radioactive microspheres by paper chromatography. J.Chromatography Sep.Tech., 2015, 11, v.6, pp.1257-1260
- Т.Н.Агаев, А.А. Гарибов, М.Н. Мирзоев, С.М. Алиев. Радиолиз воды в присутствии уранил-силиката. Журнал физической химии, 2015, т.89, №10, с.1676-1681
- Т.Н.Агаев, Иманова. Радиационно-термокаталитические процессы получения водорода из воды в присутствии нано- ZrO2. Актуальные проблемы химии высоких энергий, Москва, 2015, с.110-114
- Т.Н. Агаев , З.А. Менсимов, С.З. Меликова. Гетерогенный радиолиз воды в присутствии радий-силиката. Вопросы атомной науки и техники: Сер «Физика радиационных повреждений и радиационное повреждение», 2016, №4, с.26-31
- Т.Н. Агаев, А.А. Гарибов, А.Г. Алиев , Ш.С. Исмайлов, К.Т. Эюбов. Образование защитного слоя на поверхности радиационно-обработанных образцов циркония. Упрочняющие технологии и покрытия, 2016, №1, с. 38-42