Teymur Huseynov Nazir - Wikipedia
Teymur Qulu oğlu Hüseynov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR rabitə naziri (1955–1969).
Teymur Hüseynov | |
---|---|
9 fevral 1955 – 17 mart 1969 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nəsrulla Nəsrullayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | ? |
Partiya | ÜİK(b)P (1941) |
|
|
Təltifləri |
Həyatı
redaktəTeymur Qulu oğlu Hüseynov 1910-cu ildə fəhlə ailəsində anadan olmuşdur. 1927-ci ildən Daşkənd şəhərində radio montyoru, radio texniki olmuş, Leninqrad Elektrotexnika Rabitə İnstitutunda təhsil almışdır. 1938–1944-cü illərdə Türkmənistan SSR-in rabitə orqanlarında rəhbər vəzifələrdə çalışmışdır.[1]
Teymur Hüseynov 1945-ci ildən Bakı radio verilişləri və radio rabitəsi müdiriyyətinin direktoru, SSRİ Rabitə Nazirliyinin Azərbaycan SSR üzrə müvəkkilinin müavini və müvəkkili işləmişdir.[1] 1955-ci ildən Azərbaycan SSR rabitə naziri olmuşdur.[2]
Teymur Hüseynov 1960-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş[2] və Azərbaycan SSR Ali Sovetinin deputatı (6–7-ci çağırış) seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.[1]