The Daily Talk - Wikipedia
The Daily Talk — ingilis dilində çıxan divar qəzeti. Gündəlik olaraq Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında (ing. Tubman Boulevard) qara lövhə üzərində təbaşir ilə yazılır. New York Times qəzetinin verdiyi məlumata görə bu, Monroviyada "ən oxunan resursdur", çünki şəhər sakinlərinin əksəriyyətinin adi qəzet almağa sadəcə pulları yoxdur.[1].
Qəzetin əsasını qoyan və redaksiya heyətinin yeganə üzvü Alfred C. Sörlifdir. O, qəzetin əsasını 2000-ci ildə qoymuşdur. Sörlif inanırdı ki, əhalinin geniş maarifləndirilməsi dağıdıcı vətəndaş müharibəsinin nəticələrini aradan qaldırmağa və sülh üçün yeni zəmin yaratmağa imkan verəcəkdir.[2]. Hər gün o, adi qəzetlərdə dərc olunmuş məlumatlar və könüllü müxbirlərin məlumatları əsasında qəzeti üçün material toplayır. Daily Talk qəzetinin oxunması pulsuzdur, amma redaktor mütəmadi olaraq nağd və ya mobil danışıq kartarı formasında ianələr alır. Qəzetin yanında rəy və təkliflər üçün qutu qoyulmuşdur.
Prezident Çarlz Teylorun hakimiyyəti illərində Alfred lövhənin yanında redaksiyanın yerləşdiyi köşk quraşdırmışdır. Hökumət haqqında tənqidi yazıdan sonra köşk əsgərlər tərəfindən sındırılmış, Sörlif özü isə qısa müddətə həbsə atılmışdı. 2005-ci ildə, Elen Conson-Sörlifin (qohumu deyil, sadəcə soyadları eynidir) prezident seçilməsindən bir həftə öncə dostlarının köməkliyi ilə Alfred köşkü və lövhəni bərpa edərək qəzetinin fəaliyyətinin davam etdirdi.
İstinadlar
redaktə- ↑ Lydia Polgreen. "All the News That Fits: Liberia's Blackboard Headlines". The New York Times. August 4, 2006. November 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2013.
- ↑ Globalist[ölü keçid]
Xarici keçidlər
redaktə- Video report from Monocle featuring The Daily Talk Arxivləşdirilib 2012-03-05 at the Wayback Machine, September 2009
- Reuters. "Weah leads Liberia election, may face run-off". polity.org.za. October 10, 2005.[ölü keçid]
- «Alfred’s Free Press Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine.» Al Jazeera. 2 May 2012.