Tibet Yaylasi - Wikipedia
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir[1].
Tibet yaylası | |
---|---|
çin. 青藏高原 | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5 000 m |
Eni | 1.000 km, 35.555 |
Uzunluğu |
|
Sahəsi | 2,5 km² |
Temperatur | |
• Minimum | - 40 °C |
• Maksimum | + 30 °C |
• Orta illik | + 4,5 °C |
• Yanvarda orta | - 4 °C |
• İyulda orta | + 14 °C |
• İllik yağıntı | 100-300 mm |
Coğrafiyası | |
Çaylar | Brahmaputra , Mekonq |
Göl | Kukunor |
Yerləşməsi | |
33° şm. e. 88° ş. u.HGYO | |
Ölkələr | |
Vilayətlər | Tibet Muxtar Vilayəti, Kəşmir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Geologiyası
redaktəTibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı[2]. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı[3]. Tibet yaylasında materik yer qabığının qalınlığı 65 km, bəzi yerlərdə isə 100 km keçir. Orta qalınlıq isə 30 km-dir.
Relyefi
redaktəYayla kənardan dağ silsiləri ilə əhatə olunub. Cənubda Çin Xalq Respublikasını Hindistandan ayıran Himalay dağları yerləşir. Şimaldan isə Kunlun silsiləsi yaylanı Tarim çökəkliyi ayırır. Qərbdə Pamir dağları, şimal-şərqdə isə Tyan-şan silsiləsi və Qobi səhrası yerləşir. Tibeti yaylası bir-birindən fərqlənən üç fiziki-coğrafi rayona bölünür:
- Şərq
- Şimal
- Cənub
Şərq bölgəsi digər bölgələrdən meşə örtüyünün çoxluğu ilə fərqlənir.[4] Yaylanın əsas hissəsi dəniz səviyyəsindən 3–4 min metr yüksəklikdə yerləşir. Bəzi zirvələrin hündürlüyü isə 5–7 min metr arasında dəyişir. Bu dağların zirvələri qar və buzlaqlarla örtülüdür. Ümumi buzlaq sahəsi 105 min km²-dir[5]. Ərazidə olan ən yüksək dağ yaylanın qərbində yerləşən Kaylas dağıdır.(6638 m)
İqlimi
redaktəTibetdə əsas yüksək dağ quru çöl iqlimi hakimdir. Ərazidə iqlimin formalaşmasında yüksək dağlıq relyef və atmosfer sirkulyasiyası əsas rol oynayır. Yaylanın şimal-qərb hissəsinə daha çox quru və soyuq iqlim, cənub-şərqinə isə rütubətli, isti iqlim xarakterikdir. Bundan başqa ərazidə hündürlük qurşağı üzrə iqlimin dəyişməsidə müşahidə olunur. Yayla dünyada günəş radiasiyasının üstünlük təşkil edən bölgələrdən biri hesab olunur. İllik günəş radiasiyasının miqdarı Lxasada 2 000 000 kilokoloridir.
Daxli suları
redaktəAsiyanın bir çox böyük çaylarının mənbəyi Tibetdədir. Bunalara Brahmaputra, Hind, Mekonq, Saluin, Yanszı, Xuanxeni misal göstərmək olar. Tibetdə başlanğıcı olan çayların hövzələrinin ümumi sahəsi 5,4 milyon km²-dir. Çayların əsas qidalanma mənbəyi qar, buzlaq və yağış sularıdır. Ərazidə olan göllərin əksəriyyəti şorsulu və axarsızdır. Ölçüsünə görə Kukunor, Nam-So, Lanqa-So, Banqonq-So, Silinq-So göllərini misal göstərmək olar[6]
Fauna və flora
redaktəTibetin yüksək ərazilərində yak, tibet dağ antilopu, qar barsı və himalay ayısı geniş yayılıb.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "National Geographic. Archived from the original on 2006-01-12". 2006-01-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-01-12.
- ↑ "How Did the Tibetan Plateau Form?". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Тибетское нагорье". 2016-03-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "География, климат, карта ТИБЕТА". 2016-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "География и происхождение тибетцев". 2011-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.
- ↑ "Plateaus.Tableland". 2009-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-14.