Tikanli Comcexul - Wikipedia
Tikanlı çömçəxul (lat. Benthophilus spinosus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.
Tikanlı çömçəxul | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Tikanlı çömçəxul |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yayılması
redaktəXəzər endemiki olub dənizin şərq sahillərində geniş yayılmışdır.
Morfoloji əlamətləri
redaktəBədəni gödəlmiş, ön hissəsi və başı enlənmiş və yoğunlanmışdır. Ağzın küncləri arxasında dəri qırış üç-dörd dişçiyə ayrılmışdır. Başın üst hissəsində iri piramidaşəkilli lövhəciklər iki sıra əmələ gətirir. Bunlar gözlərin arasında qovuşur, buruna tərəf isə yenə də ayrılırlar. Bədənin üst hissəsində və böyürlərində üç iri parlaq xal vardır.
Yaşayış yeri və həyat tərzi
redaktəAzərbaycanda Yalamadan Çilov adasına qədər azsaylıdır. Şah Dilindən Astaraya qədər qeydə alınmamışdır.
Çoxalması
redaktəDənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.
Təsərrüfat əhəmiyyəti
redaktəVətəgə əhəmiyyəti yoxdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.