Tilsim Film 2005 - Wikipedia
Tilsim Film 2005 - Wikipedia - Haqqında Məlumat
TİLSİM | |
---|---|
Rejissor | Kamran Qasımov |
Əsərin müəllifi | Anar |
Ssenari müəllifi | Kamran Qasımov |
Baş rollarda |
Muxtar İbadov Lalə Mustafayeva Fərqanə Quliyeva Rəzzaq Məmmədov |
Operatorlar | Mirzə Ələkbərov, Yuri Varnovski |
İstehsalçı | Film Prodüser Mərkəzi |
İlk baxış tarixi | 22 mart 2005, Bakı |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkə | Azərbaycan |
Dil | Azərbaycan dili |
İl | 2005 |
Texniki məlumatlar | videofilm |
Rəng | rəngli |
Çəkiliş yeri |
Bakı Bakı, "Azərbaycanfilm" kinostudiyasının pavilyonu Bakı, Binəqədi rayonu |
Məzmun
redaktəƏsərdə baş verən bir çox hadisələrin sonradan real olmaması şübhəsi yaranır. Yəqin bütün bunların hamısı "tilsim"lənmiş zamanın diktəsi imiş. Oruc Zeynalov (Muxtar İbadov) həkim psixiatrdır. Təmin olunmuş həyatı, Moskvada oxuyan oğlu, onu canından artıq sevən həyat yoldaşı Pakizə (Fərqanə Quliyeva), məşuqəsi, tibb bacısı Ofeliya (Lalə Mustafayeva), dostları, füsunkar bağı. Onun həyatı sadaladıqlarımızın fonunda sakit keçir, lakin müəyyən müddətədək, daha doğrusu bağı öz adına çıxarmaq istəyən Baləminin (Rəzzaq Məmmədov) meydana çıxmasına qədər...
Film haqqında
redaktə- Çəkilişlər "Azərbaycanfilm" kinostudiyasının pavilyonunda, Psixo-nevroloji klinikada, Binəqədi rayonunda, Novxanı kəndində, Bakının küçələrində və müxtəlif mənzillərdə aparılmışdır.
- Film "Film" Prodüser Mərkəzinin 4-cü filmidir.
- Film Anarın "Vahimə" hekayəsi əsasında çəkilib.
- Film 2005-ci ildə Bakıda keçirilən V Beynəlxalq Audiovizual Filmləri Festivalının müsabiqədən kənar — informasiya bölməsində nümayiş olunub.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Anar
- Ssenari müəllifi: Kamran Qasımov
- Quruluşçu rejissor: Kamran Qasımov
- Quruluşçu operator: Mirzə Ələkbərov, Yuri Varnovski
- Məsləhətçi rəssam: Rəfael Əsədov
- Musiqi tərtibatı: Rauf Əliyev
- Qrim üzrə rəssam: Vəfa Yunusova
- İcraçı prodüser: Elnur Əliyev
- Səs rejissoru: Emin Nəsirli
- Montaj rejissoru: Mahir Rəhimov
- Pirotexnik: Vaqif Qurbanov
- İşıqçı: Şəmsi Qədirov
- İkinci rejissor: Nadir Əliyev
- Fotoqraf: Elnur Babayev
- Operator assistenti: Elnur Babayev
- Qrim üzrə assistent: Aybəniz Yunusova
- Musiqisindən istifadə edilən bəstəkar: Rafiq Babayev
- Bədii rəhbər: Yalçın Əfəndiyev
- Məsləhətçi: Ağabəy Sultanov
Rollarda
redaktə- Muxtar İbadov — Oruc Zeynalov
- Lalə Mustafayeva
- Fərqanə Quliyeva
- Rəzzaq Məmmədov
- Natiq Fərzəliyev