Timoti Dalton - Wikipedia
Timoti Dalton (ing. Timothy Dalton; 21 mart 1946, Koluin-Bey[d], Uels) — Böyük Britaniya aktyorudur. Daha çox Edvard Roçester və Ceyms Bond rolları ilə məşhurluq qazanmışdır.[2]
Timoti Dalton | |
---|---|
ing. Timothy Dalton | |
Doğum adı | Timothy Leonard Dalton Leggett |
Doğum tarixi | 21 mart 1946 (78 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kino aktyoru, teatr aktyoru, televiziya aktyoru |
Fəaliyyət illəri | 1965-ci ildən |
Təhsili | |
Boyu | 1,9 m |
IMDb | ID0001096 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTimoti Dalton 21 mart 1946-cı ildə Vöyük Britaniyanın Uels qraflığının Şimali Uels bölgəsində yerləşən Denbişir unitar inzibati ərazisinin Koluin Bey şəhərində dünyaya gəlmişdir. Atası İkinci dünya müharibəsində yaradılan, Böyük Britaniyanın "Xüsusi əməliyyatların idarə edilməsi" kəşfiyyat-diversant bölməsində xidmət etmişdir.[3] Bu bölmə rəsmi olaraq 1946-cı ildə ləğv edilmişdir. Həmin ildə Timoti Daltonun atası, ailəsi ilə birgə Derbişir qraflığının Belper şəhərinə köçür. Timoti Dalton 16 yaşında məktəbi bitirmiş və teatrda çalışmışdır. 1966-cı ildən başlayaraq filmlərdə, ardınca televiziya seriallarında iştirak etməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin yazdığı "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" filmində iştirak etmişdir. Film "Edvard Roçester" rolunu canlandırmış və böyük müvəffəqiyyət əldə etmişdir. 1987-ci ildə "Yaşayan gün işığı" və 1989-cu ildə "Öldürməyə lisenziya" filmlərində "Ceyms Bond" rolunu canlandırmışdır. 1994-cü ildə "Skarlett" filmində "Rett Batler" rolunu canlandırmış və "Ceyms Bond" rolunu canlandırmış filmlərdə, olduğu kimi böyük gəlir əldə etmişdir.[4]
Timoti Dalton 1995-ci ildə Londonda keçirilən kinofestivalda model olan Oksana Petrova Qriqoryeva ilə tanış olur. Bu kinofestivalda Oksana Rusiyanın populyar kinorejissoru Nikita Mixalkovun tərcüməçisi idi. Bir müddət sonra onlar ailə həyatı qururlar. 7 avqust 1997-ci il tarixində onların Aleksandr adında övladı dünyaya gəlir, lakin onların evliliyi uzun müddətli olmur və bir müddət sonra boşanırlar.[5]
Filmoqrafiya
redaktəİl | Film | Rol | Qeydlər |
---|---|---|---|
1968 | Şir qışda | Filip II Avqust | |
1970 | Kromvel | Şahzadə Rupert | |
1971 | Mariya — Şotlandiya kraliçası | Henri Darnli | |
1978–1979 | Yüzillik | Oliver Sekkomb | mini-serial |
1979 | Aqata | Polkovnik Arçibald Kristi | mini-serial |
1980 | Parıltı Qordon | Şahzadə Parin | |
1983 | Ceyn Eyr | Edvard Roçester | mini-serial |
1987 | Yaşadan gün işığı | Ceyms Bond | |
1989 | Öldürməyə icazə | Ceyms Bond | |
1994 | Skarlett | Rett Batler | |
1997 | Kosmetoloq və bədheybət | Boris Poçenko | |
1997 | Xəbərverən | DCI Rennie | |
2009–2010 | Doktor Kim | Zamanı idarə edən Rassilon | |
2010 | Turist | Baş Müfəttiş Conson | |
2010 | Oyuncaqların hekayəsi 3 | Cənab Tikan |
İstinadlar
redaktə- ↑ 1 2 Student & graduate profiles. Dram İncəsənəti üzrə Kral Akademiyası.
- ↑ "Тимоти Далтон / Timothy Dalton". 2011-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ "Timothy Dalton Film Reference bio". 2020-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-05.
- ↑ Rubin, Steven Jay (1995). The Complete James Bond Movie
- ↑ Hardy, Rebecca (24 February 2007). "Daniel Craig doesn't know what he's in for". Daily Mail (London). p. 16.
Xarici keçidlər
redaktə- Timoti Dalton — IMDb səhifəsi