Timucin Efendiyev - Wikipedia
Timuçin İlyas oğlu Əfəndiyev (17 iyul 1945, Bakı) — ədəbiyyatşünas və sənətşünas, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (1987–2014)[1], Bakı Xoreoqrafiya Akademiyasının (2014–2021)[2] sabiq rektoru.
Timuçin Əfəndiyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | İlyas Əfəndiyev |
Elm sahəsi | Ədəbiyyatşünaslıq Sənətşünaslıq |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
İş yeri | |
Təhsili | |
Mükafatları |
|
efendiyevtimuchin.org |
Həyatı
redaktəTimuçin Əfəndiyev 1945-ci il iyulun 17-də Bakı şəhərində görkəmli Azərbaycan yazıçısı və dramaturqu, Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olmuşdur. 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Timuçin Əfəndiyev Respublika Gənclər Təşkilatında çalışmışdır. O, 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuş, 1972-ci ildə aspiranturanı bitirərək "Hüseyn Cavidin yaradıcılığı" mövzusunda dissertasiya müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərtəcəsi almışdır. 1972–1977-ci illərdə Timuçin Əfəndiyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1977–1978-ci illərdə elmi katib vəzifələrində çalışmışdır. 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə "sənətşünaslıq" üzrə professor elmi adına, 1999-cu ildə isə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Timuçin Əfəndiyev 1977–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyib. O, burada əvvəlcə baş müəllim, sonra dosent, 1987-ci ildən isə professor vəzifələrində əmək fəaliyyəti göstərmişdir. Timuçin Əfəndiyev 1978–1987-ci illərdə Teatr və təsviri sənət üzrə birləşmiş fakültələrin dekanı, 1987–2014-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışmışdır. T. Əfəndiyevin rektorluğu dövründə cəmi iki ixtisasdan ibarət üçüncü dərəcəli İncəsənət İnstitutu, Bakı Dövlət Universitetindən sonra universitet statusu almış ilk təhsil müəssisəsi olaraq, 32 ixtisas üzrə kadr hazırlığı aparan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il Sərəncamı ilə professor T. Əfəndiyev yeni yaradılmış Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksinin) rektoru vəzifəsinə təyin edilmişdir.
İlk ədəbi-tənqidi məqalələri 1973-cü ildə "Ulduz" jurnalı səhifələrində çap olunan Timuçin Əfəndiyev, sonrandan yüzlərlə elmi publisistik məqalələrin, Azərbaycanda və xaricdə nəşr olunmuş çoxsaylı kitabların və monoqrafiyaların müəllifi olmuşdur. Professor Timuçin Əfəndiyev bir çox beynəlxalq elmi konfranslarda məruzəçi kimi iştirak etmiş, ABŞ, İngiltərə, İtaliya, Türkiyə, İran, Misir və bir çox ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği işində xüsusi xidmətlər göstərmişdir.
Mükafatları
redaktə- Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət ordeni" .
- Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
- Azərbaycanda elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar elm xadimi
- Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu.
- Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl Medalı.
- "Humay" Mükafatı laureatı.
- "Akademik Yusif Məmmədəliyev adına mükafat"ın laureatı.
- Dövlətlərarası mədəni əlaqələrin genişlənməsindəki xidmətlərinə görə, mədəiyyət və incəsənətə dair fundamental elmi tədqiqat əsərlərinin yazılmasına görə Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü.
- "Dünyanın aparıcı pedaqoqu" (İngiltərənin Kembric Universitetinin Biblioqrafik Mərkəzi)
- "Cümhuriyyətin 100 illiyi" və bir çox medallarla təltif olunmuşdur.
Ailəsi
redaktəEvlidir. Bir qızı, iki oğlu var.
- Xalq yazıçısı İlyas Əfəndiyevin oğludur.
- Xalq yazıçısı Elçinin qardaşıdır.
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müşaviri, diplomat, kulturologiya üzrə elmlər doktoru, dosent Nigar Əfəndiyevanın atasıdır
- Rəssam, aktyor Yalçın Əfəndiyevin atasıdır.
- İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Tural Əfəndiyevin atasıdır.
İstinadlar
redaktə- ↑ "Timuçin Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edildi". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
- ↑ "T.İ.Əfəndiyevin Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. 03 fevral 2021-ci il
Mənbə
redaktə- Əfəndiyev Timuçin İlyas oğlu[ölü keçid]
- Teymurçin Əfəndiyevin bioqrafiyası — www.adam.az Arxivləşdirilib 2011-11-18 at the Wayback Machine
- Timuçin Əfəndiyev: "Bu, bir vicdan məsələsidir"
- Timuçin Əfəndiyev: Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq standartlara tam cavab verəcək
- Azərbaycan balet sənəti və onun inkişafı