Timur Memmedov - Wikipedia
Timur Əli oğlu Məmmədov (25 aprel 1925, Borsunlu, Gəncə qəzası – 26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987).
Timur Məmmədov | |
---|---|
12 may 1984 – 20 aprel 1987 | |
Əvvəlki | Svetlana Qasımova |
Sonrakı | Yaşar Qaraxanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 26 iyun 1992 (67 yaşında) |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Uşağı |
Həyatı
redaktəTimur Əli oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.[1]
Əmək fəaliyyətinə 1941-ci ildə mühasib kimi başlamış, qısa müddət sonra Sovet Ordusunda xidmət etmiş və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1950-ci ildən Qasım İsmayılov rayon istehlak cəmiyyətinin şöbə rəisi, "Azərittifaq"ın müfəttişi, şöbə və idarə rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Bakı Ərazi İstehsal Sovxozlar İdarəsinin böyük iqtisadçı-maliyyəçisi, Bakı Şəhər İctimai İaşə İdarəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonradan idarənin rəisi, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin ticarət şöbəsinin referenti, baş referenti olmuşdur.[1]
Timur Məmmədov 1974-cü ildən Azərbaycan SSR Ticarət Nazirliyində şöbə rəisi, "Azərittifaq" sədrinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə rəisi, Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur.[1] 12 may 1984-cü ildə Azərbaycan SSR ticarət naziri vəzifəsinə təyin edilmişdir.[2]
Timur Məmmədov 1949-cu ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.[1]