Tirion Lannister - Wikipedia
Tirion Lannister (ing. Tyrion Lannister), Şeytan (ing. the Imp) və ya Yarı adam (ing. the Halfman) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Tirion Lannisterin baxış bucağından verilir. Bu personajı yaratmaq Corc R. R. Martinin ağlına 1981-ci ildə "Vindheyvn" romanını yazarkən gəlmişdi.[1] The New York Times Tirionu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb.[2][3] Martin də Tirionu serialdakı favoriti adlandırıb.[1][4]
Tirion "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının ən varlı və ən güclü ailələrindən biri olan Lannisterlərə mənsub, çok kiçik boylu bir adam olaraq təqdim edilib. Tirion Lannister indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur.[5][6] Xarakterin çox məşhur olması 2013-cü ildə Corc R. R. Martin və "Bantam Books" nəşriyyat evinin Tirionun kitablardakı sitatlarından ibarət "Tirion Lannisterin hazırcavablılığı & müdrikliyi" adlı kolleksiyanı çap etməsinə səbəb olub.
Romanda Tirion bir Lannister kimi statusunu istifadə edərək həyatı boyu lağa qoyulmasının təsirini azaltmaq istəyir. O, heç kəs tərəfindən ciddi qəbul edilmədiyini bildiyi üçün əksiklərini şərab, hazırcavablılıq və istədiyi hər şeyi eləməklə örtməyə çalışır. Əvvəlcə Keytilin Stark və Liza Arrenin əlindən canını xilas edən Tiriona daha sonra atası Tayvin Lannister Kral Torpaqlarını (ing. King's Landing) qaydaya salmağı əmr edir. Tirion şəhəri və ondan nifrət edən ailəsini Stannis Barateonun hücumundan qorumaq üçün çox çalışsa da, atası qayıtdıqdan sonra saray ərkanının qəzəb və intriqaları qarşısında çarəsiz qalır. O, Cofri Barateonun ölümünə görə günahlandırıldıqdan sonra atası Tayvin Lannisteri öldürərək Essosa qaçır.
Tirion Lannister "Taxtların oyunu" serialında amerikan aktyoru Piter Dinkleyc tərəfindən canlandırılır.
İstinadlar
redaktə- ↑ 1 2 Guxens, Adrià. "George R.R. Martin: 'Trying to please everyone is a horrible mistake'". AdriasNews.com. October 7, 2012. August 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2014.
- ↑ Orr, David. "Dragons Ascendant: George R. R. Martin and the Rise of Fantasy". The New York Times. August 12, 2011. June 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2014.
- ↑ Jennings, Dana. "A Dance with Dragons Review: In a Fantasyland of Liars, Trust No One, and Keep Your Dragon Close". The New York Times. July 14, 2011. May 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2014.
- ↑ Baum, Michele Dula. "A Song of Ice and Fire – Author George R.R. Martin's fantastic kingdoms". CNN. April 11, 2001. July 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2014.
- ↑ "EasterCon: Eat, Drink and talk SFF!". Harper Voyager. April 10, 2012. April 19, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 15, 2014.
- ↑ Towers, Andrea. "Preview a paragraph from George R.R. Martin's The Winds of Winter". Entertainment Weekly. February 26, 2014. January 14, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 15, 2014.