Tirme - Wikipedia
Tirmə (fars. ترمه) əsasən İranın İsfahan əyalətində istehsal olunan əl ilə toxunmuş parça növüdür. Müasir dövrdə Yəzd tirməsi gözəlliyinə görə dünyada daha məşhurdur. Yəzd tirmənin dizayn, istehsalat və marketinq mərkəzi kimi mühüm rola malikdir. Tirmə toxumaq üçün uzun lifli yaxşı yun lazımdır. Tirmə toxumaq incə, diqqətli və vaxt aparan prosesdir. Yaxşı toxucu bir günə 25-30 santimetr məhsul istehsal edə bilər. Əsasən tirmənin toxunma prosesi zamanı istifadə olunan fon rəngləri qırmızı, yaşıl, narıncı və qaradır. Tarixdə bir çox şəxs tirməyə olan vurğunluğundan bəhs etmişdir. Yunan tarixçiləri fars toxumalarının gözəlliyini şərh etmiş, çinli səyyah Huanq Tesank isə tirməyə heyran qalmışdır. Səfəvilər dövründə zərbaf və tirmə toxunması texnikası təkmilləşdi. Tirmə istehsalının çətinliyi və mexanikiləşdirilmiş toxuculuğun meydana gəlməsi səbəbi ilə hal-hazırda İranda ənəvi tirmə parça istehsal edən bir neçə fabrik qalıb. Tirmə həmçinin ta qədim zamanlardan bəri müasir dövrümüzdə də milli geyimlərimizin tikilməsində istifadə olunan əsas parçalardan biridir.