Tiryek - Wikipedia
Tiryək və ya Tiryək saqqızı, xaşxaş kapsullarının tərtibi ilə sızan, südə oxşar öz suyunun yığılması ilə əldə edilən uyuşdurucu maddə.
Xaşxaş kapsulları müvafiq zaman müddətində tərtib edilir yəni sıyrılır, sıyrıqlardan sızan maye laxtalanır və xüsusi bıçaqlar ilə götürülür. Havanın təsiri altında mayenin rəngi tünd qəhvəyi olur. Bu maddə tiryək və ya tiryək saqqızı adlanır. Əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunur. Bir az zəhərli hesab edilə bilər, amma asılılıq yaratdığına görə uyuşdurucu maddə kimi də istifadə olunur.
Bu uyuşdurucu maddə udularaq, çeynənərək və ya siqaret ilə birlikdə çəkilməklə istifadə olunur. Qısamüddətli zövq verir. Ağrıları azaldır və zehni durğunluq verdiyindən gündəlik problemlərinizi unutdurur. Ancaq bir müddət zövq verdikdən sonra zəiflik, ürək bulanması və baş ağrısı başlayır. İfrat miqdarda alınması nəticəsində insanı komaya sala bildiyi kimi, ölümünə də səbəb ola bilər.
Tiryəkin kəskin, xoşagəlməz bir qoxusu və acı dadı vardır. Tərkibində təxminən 10% morfin, 5% kodein, 6% narkotik ola bilər. Bundan əlavə, tiryəkin tərkibində şəkər, zülal, kauçuk yağı kimi maddələr və alkaloid adlı zəhərli bir maddə mövcuddur ki, bunların içərisində ən çox zəhərli olan morfindir.
Tiryəkin, Türkiyə Respublikası ilə BMT-nin qanunlarına görə istehsalı qadağandır. Əsas məhsulu olan xaşxaş isə dövlət nəzarəti altında istehsal edilir.