Tit Flavi Klement Konsul - Wikipedia
Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50 – may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır.
Tit Flavi Klement | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 50 |
Vəfat tarixi | may 95 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Tit Flavi Sabin |
Həyat yoldaşı | |
Ailəsi | Flavilər sülaləsi |
Dini | xristianlıq |
Həyatı
redaktəKlement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.[1]
Dion Kassinin sözlərinə görə, Klement "tanrısızlıq"da ittiham olunmuşdur.[2] Onun həyat yoldaşı Flaviya Domisilla Pandateriya adasına sürgün edilmişdir.[3][4][5] Yevsevi yazmışdır ki, Domisilla xristian olduğu üçün sürgün edilmişdir. Bununla belə, Dion Kassinin hesabında o, yalnız başqaları ilə birlikdə yəhudiliyə simpatiyada günahkar bilinmişdir.[6] Svetoni sürgündən ümumiyyətlə bəhs etmir.[7] Pal Keresteş ehtimal etmişdir ki, onlar iudaizmi qəbul etmiş və iudaizmə etiqad edən bütün şəxslərə tətbiq edilən "Fiscus Judaicus" vergisini ödəməkdən yayınmağa cəhd etmişdilər.[8]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Светоний. Жизнь двенадцати цезарей. Vita Domitiani, XV, 1
- ↑ Дион Кассий. Римская история. LXVII, 14.
- ↑ Филострат. Жизнь Аполлония Тианского. VIII, 15.
- ↑ Евсевий. Церковная история. III, 14.
- ↑ Иероним Стридонский. Epistulae. 27
- ↑ Barnes, 1968a. səh. 36
- ↑ Barnes, 1968a. səh. 37
- ↑ Brown, 1997. səh. 805–809
Ədəbiyyat
redaktə- Barnes, T. D. "Legislation against the Christians". The Journal of Roman Studies (ingilis). 58. 1968. doi:10.2307/299693. JSTOR 299693. 2022-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
- Brown, Raymond E. An Introduction to the New Testament (ingilis). Yale University Press. 1997. ISBN 0-385-24767-2.