Titanik Film 1997 - Wikipedia
Titanik (ing. Titanic) — rejissor Ceyms Kemeronun filmi.
Titanik | |
---|---|
ing. Titanic | |
Janr | fəlakət filmi, dram filmi, romantik film, fleşbək filmi[d], melodram[d], tarixi film, Epik film |
Əsas mövzu | Titanik[1], fərqlənmə[d][1], mədəniyyətlərarası əlaqə[d], fəlakət[1], qadağan sevgi[d][2], Belle Époque[d], uçma |
Rejissor | |
Prodüserlər | |
Ssenari müəllifi | |
Baş rollarda |
|
Bəstəkar | |
Montajçı | Ceyms Kemeron |
İstehsalçılar | 20th Century Fox, Paramount Pictures, Lightstorm Entertainment, British Film Institute[d] |
Distribütor | InterCom[d], Paramount Pictures, Disney+ |
İlk baxış tarixi | 19 dekabr 1997[6], 8 yanvar 1998[7], 16 yanvar 1998[8], 1 noyabr 1997, 16 yanvar 1998, 7 yanvar 1998, 20 fevral 1998 |
Müddət | 194 dəq. |
Büdcə | 200.000.000 $[6] |
Gəlir | 1.850.197.130 $[9], 659.363.944 $ |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko, Lonq-Biç, Vankuver, Meksika, Yeni Şotlandiya |
IMDb | ID0120338 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
2 milyard $-dan çox gəlir götürən bu film kinemotoqrafiya tarixinin ən gəlirli və yaddaqalan filmlərindəndir. Film 11 Oskar mükafatına layiq görülmüşdür.
Məzmun
redaktəReal hadisə əsasında çəkilmiş əfsanəvi film. Filmdə Titanikin səyahətə başlayıb batmasına qədər davam edən 2 günün təsviri verilib. Film real hadisəyə əsaslansa da burada həmçinin məhəbbət xətti də var. Kasıb ailənin oğlu olan Cek (Leonardo Di Kaprio) Titanikin yola çıxmasına 5 dəqiqə qalmış qumarda gəmiyə bilet qazanır. Bu səyahətdə isə varlı ailənin qızı olan Rouzla (Keyt Uinslet) tanış olur. Rouz isə yaşadığı yüksək cəmiyyətin sıxıcı əyləncələrindən bezmişdir. Rouzun atası qısa müddət əvvəl vəfat etmiş və arxasında böyük məbləğdə borc qoymuşdur. Və bu borcun yükü ailəsinin üzərinə düşmüşdür. Buna görə də Rouzun anası həm borclarını ödəmək həm də yüksək təbəqə statusu almaq üçün Rouzu Kellə nişanlamışdır. Rouz isə Keli sevmir, yalnız anasının xahişinə görə evlənməyi qəbul etmişdir. Ancaq Rouz Ceklə tanış olduqdan sonra əsl məhəbbətini tapdığını başa düşmüş və Kellə evlənməyi rədd etmişdir. Cek aşağı təbəqədən olduğu üçün Rouzun anası bunu qəbul etməmişdir. Kel isə hiylə işlədərək Rouza aldığı boyunbağını Cekin cibinə atır. Sonra isə onu Cekin oğurladığını deyir. Rouz buna əvvəl inanmır ancaq sonra boyunbağının Cekin cibindən çıxdığını görür. Ceki gəminin ən alt qatına atıb əllərini qandallayırlar. Ancaq sonra Rouz hər şeyi başa düşür və bütün təhlükələrə baxmayaraq o Ceki xilas etmək üçün arxasınca gedir.
Filmdə həmçinin gəmi sahiblərinin özündən razılığı göstərilmişdir. Onlar daha tez çatmaq üçün gəminin sürətini artırırlar və buna görə də qarşıdan gələn aysberqi gördükdə gəminin istiqamətini dəyişməkdə gecikirlər.
Filmdə məhəbbət xətti ilə yanaşı sinfi fərqləndirmələrin doğurduğu acı nəticələr də göstərilib. Film 11 dəfə Oskar mükafı almış və kino tarixinin ən yadda qalan filmlərindən biri olmuşdur.
Rollarda
redaktə- Leonardo Di Kaprio — Cek Dovson
- Keyt Uinslet — Rouz Devit Buketer
- Billi Zeyn — Keledon Hokli
- Keti Beyts — Molli Braun
- Frensis Fişer — Ruf Devit Buketer
- Qloria Stüart — qoca Roz
İstinadlar
redaktə- ↑ 1 2 3 The American Film Institute Catalog of Motion Pictures.
- ↑ Titanic (ing.). 1997.
- ↑ Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ 1 2 3 4 5 6 7 8 9 https://web.archive.org/web/20200608210256/https://www.europeanfilmawards.eu/en_EN/film/titanic.5495.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
- ↑ 1 2 http://www.boxofficemojo.com/movies/?id=titanic.htm.
- ↑ Kinopolis (alm.). 1905.
- ↑ http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=34351&type=MOVIE&iv=Basic.
- ↑ Box Office Mojo (ing.). 1999.