Tobias Bekett - Wikipedia
Tobias Bekett (ing. Tobias Beckett) — "Ulduz müharibələri" franşizasında personaj. İlk dəfə 2018-ci ildə çəkilmiş "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində nümayiş olunmuş, burada Vudi Harrelson tərəfindən canlandırılmışdır. O, "Qırmızı şəfəq" cinayət sindikatında işləyən oğru və Han Solonun müəllimidir. Bekket sonradan Soloya xəyanət etmiş və nəticədə onun tərəfindən öldürülmüşdür.
Tobias Bekett | |
---|---|
Ulduz müharibələri personajı | |
İlk görünmə | "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2018) |
Son görünmə | "Star Wars Adventures 4" (2021) |
Yaradan | |
Canlandıran | Vudi Harrelson |
Məlumat | |
Ləqəb(lər)i | Artu (R2) |
Növü | İnsan |
Cinsi | Kişi |
Peşə | Cinayətkar, qaçaqmalçı, oğru |
Personaj
redaktəYaradılması
redaktəPersonaj Robert Lüis Stivensonun "Dəfinələr adası" romanından dəniz qulduru Con Silverə əsaslanmışdır. Ssenari müəllifləri Lourens və Conatan Kezdan "Solo" filminin ssenarisini yazmağa başlamazdan əvvəl kitabı yenidən oxumuşdur. Onlar Bekett və Han Solo arasında "Dəfinələr adası" romanından Silver və Cim Hokins arasındakı münasibətə oxşar bir şey yaratmağa çalışmışdırlar..[1]
Canlandırılması
redaktəABŞ aktyoru Vudi Harrelson "Han Solo: Ulduz müharibələri. Hekayələr" filmində Tobias Bekett personajını canlandırmışdır.[2]
İstinadlar
redaktə- ↑ Breznican, Anthony. "Rogue's Gallery: A lineup of three outlaws from 'Solo: A Star Wars Story'". EW.com (ingilis). February 9, 2018. April 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2022.
- ↑ Akingbade, Tobi. "Woody Harrelson says he would've turned down Solo role if it wasn't for co-star". Metro (ingilis). 2018-09-24. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
Xarici keçidlər
redaktə- Tobias Beckett — Vukipediya saytında.