Tofiq Allahverdiyev - Wikipedia
Tofiq Əliheydər oğlu Allahverdiyev (18 fevral 1917, Bakı – 9 iyun 1987, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri (1966–1982), Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin birinci katibi (1955–1961), Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri (1948–1950), SSRİ Ali Sovetinin (III və V çağırış) və Azərbaycan SSR Ali Sovetinin (III, VII–X çağırış) deputatı.
Tofiq Allahverdiyev | |
---|---|
1 mart 1966 – 18 oktyabr 1982 | |
Əvvəlki | Musa Ağayev |
Sonrakı | Heydər İsayev |
1955 – 1961 | |
Əvvəlki | Məmməd Qurbanov |
Sonrakı | Nəsrulla Nəsrullayev |
29 mart 1948 – 29 may 1950 | |
Əvvəlki | şura yenidən yaradılıb |
Sonrakı | İsmayıl Əskərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1987 (70 yaşında) |
Vəfat yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, universitet müəllimi[d] |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | mayor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | |
|
|
Təltifləri |
Həyatı
redaktəTofiq Əliheydər oğlu Allahverdiyev 1917-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1930-cu ildə yeddiillik məktəbini başa vuraraq fabrik-zavod şagirdliyi məktəbində oxumuş və burada komsomol üzvü olmuşdur. 1934-cü ildə fabrik-zavod şagirdliyi məktəbini bitirdikdən sonra Paris kommunası adına zavodun komsomol təşkilatında çalışmışdır. 1935-ci ildə hazırlıq kurslarını bitərərək Azərbaycan Sənaye İnstitutunun tələbəsi olmuş, institutun komsomol komitəsinin katibi seçilmişdir. Ardınca o, Azərbaycan LKGİ Bakı Şəhər Komitəsinin Məktəbli gənclər şöbəsinin müdiri, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin Kadr və təşkilat-təlimat şöbəsinin müdiri olmuşdur.[1]
1940-cı ildə Azərbaycan Sənaye İnstitutunu mədən mühəndisi ixtisası üzrə bitirən Tofiq Allahverdiyev həmin il Azərbaycan LKGİ Bakı Komitəsinin katibi seçilmiş və 1942-ci ilədək bu vəzifədə çalışmışdır. 1942-ci ilin yanvar ayından Fəhlə-Kəndli Qırmızı Ordusunda xidmət etmişdir.[1] Böyük Vətən müharibəsi iştirakçısı kimi o, atıcı diviziyanın siyasi şöbəsində hərbi xidmət keçmişdir. Yaralandıqdan sonra ordudan tərxis edilmiş, yenidən komsomol işinə qayıtmışdır. 1944-cü ilədək Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi olmuşdur.[2]
Tofiq Allahverdiyev 1944-cü ilin fevral ayından SSRİ Xalq Müdafiə Komissarlığı Kəşfiyyat İdarəsinin Akademiyasında bir il təhsil almış, 1945–1947-ci illərdə İranda, SSRİ konsulluğunda katib işləmişdir. 1947-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə müdirinin müavini, 1947–1948-ci illərdə isə şöbə müdiri vəzifələrində çalışmışdır.[2] 1948-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri olmuş, X Ümumittifaq Həmkarlar İttifaqları Qurultayında Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurası (ÜİHİMŞ) üzvlüyünə, birinci plenumda isə ÜİHİMŞ Rəyasət Heyəti üzvlüyünə seçilmişdir.[1]
1950–1952-ci illərdə Tofiq Allahverdiyev Azərbaycan KP MK katibi, Azərbaycan KP Gəncə Vilayət Komitəsinin katibi vəzifələrində çalışmışdır.[3] Daha sonra "Gürganneft" tresti rəisinin müavini işləmiş, 1953–1955-ci illərdə SSRİ Neft Sənayesi Akademiyasının dinləyicisi olmuşdur. 1955–1961-ci illərdə Azərbaycan KP Bakı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.[2] 1961–1966-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dosent işləmiş, 1966-cı ildən 1982-ci ildə təqaüdə çıxanadək Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olmuşdur.[4]
Tofiq Allahverdiyev 1939-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, 1956 və 1959-cu illərdə Sov. İKP XX və XXI qurultaylarının nümayəndəsi olmuşdur.[5] 1956–1961-ci illərdə Azərbaycan KP MK üzvü və büro üzvü, 1971-ci ildən isə Mərkəzi Komitə üzvlüyünə namizəd olmuşdur.[6] SSRİ Ali Sovetinin (3-cü və 5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (3-cü və 7–10-cu çağırışlar) deputatı seçilmişdir.[3]
Tofiq Allahverdiyev "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir. İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.[4]
Tofiq Allahverdiyev uzun sürən xəstəlikdən sonra 7 iyun 1987-ci ildə vəfat etmişdir.[4]
Qeydlər
redaktə- ↑ 1 mart 1966 – 5 aprel 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Peşə-Texnika Təhsili Komitəsinin sədri və 5 aprel 1967 – 4 oktyabr 1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri kimi
İstinadlar
redaktə- ↑ 1 2 3 Тофиг Әлиһейдәр оғлу Аллаһвердиев // Коммунист. № 43 (8255). 1 март 1950-ҹи ил. С. 3.
- ↑ 1 2 3 Tofiq Əliheydər oğlu Allahverdiyev // Azərbaycanın təhsil nazirləri. Bakı: Bakınəşr. 2010. səh. 134–139. ISBN 978‑9952‑8145‑0‑7.
- ↑ 1 2 Аллаһвердијев Тофиг Әлиһејдәр оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 30.
- ↑ 1 2 3 Т. Ә. Аллаһвердијев // Коммунист. № 134 (20303). 10 ијун 1987-ҹи ил. С. 4.
- ↑ Allakhverdiev, Tofik Ali-Geydorogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 20.
- ↑ Allakhverdiev, Tofik Ali Geidar ogly // Who's Who in the Socialist Countries (ingilis). New York: Saur. 1978. səh. 16. ISBN 0-89664-011-6.
Xarici keçidlər
redaktə- Tofiq Əliheydər oğlu Allahverdiyev // Azərbaycan müəllimi. № 1. 6 yanvar 2012. S. 5. 2017-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-17.