Top Golu - Wikipedia
Top gölü - Rusiya Federasiyasının Kareliya respublikasının Louxsum rayonun Kum su anbarında yerləşir.
Top gölü | |
---|---|
rus. Топозеро | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 109,5 m |
Eni | 30,3 km |
Uzunluğu | 75,3 km |
Sahil uzunluğu | 545 km |
Sahəsi | 986 kv.km |
Həcmi | 15,6 km³ |
Dərin yeri | 56 m |
Yerləşməsi | |
65°37′52″ şm. e. 32°05′25″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəSahəsinə görə Rusiya gölləri içərisində 11-ci, Kareliyada isə 4-cü yeri tutur. Gölün ətrafı düzgün formada deyildir. Şimal-qərbdən cənub-şərqə doğru basılmış formadadır. Burada Lambaşquba, Loxquba, Çuolmaquba, Şuulakşi, Koldalaşki, Kuorlakşi, Kestenqi və s. körfəzlər vardır. Göldə 144 ada vardır ki, onlarında ümumi sahəsi 63 кm²-dir. adalar əsasən gölün cənub-şərqində yerləşmişdir. Ən böyük adaları - Jiloy, Taraskin, Kukat, Nuomu, Axvenşuaridir.
Gölün sahili hündür deyil, əsasən qarışıq meşələr ilə əhatələnmişdir.
Gölün 28 axarı vardır: çaylar və onların qolları. Ən böyük çayları isə Kizçayı, Valazçayı, Karanqo və Taka çaylarıdır. Göl kanal vasitəsilə Ponqomoy çayı ilə birləşir Şimal hissədən çaya Kovda (Sofyanqa) çayı tökülür.
Gölün suyunun rəbgi açıq sarıdır. Bunun əsas səbəbi burada daş-qum çöküntülərinin çox olmasıdır. Yay fəslində buraya çoxlu turist gəlir.
Tarixi
redaktə1948-1960-cı illərdə göl sərnişin daşımada istifadə olunurdur. 1948-1951-ci illərdə motorlarla sərnişinlər müxtəlif zonalara gedirdilər. Kestenqa-Sofporoq-Kestenqa-Kizçayı-Karelakşa göl və çaylar vasitəsilə əhali nəqliyyat vasitəsi kimi müxtəlif şəhər və kəndlərə gedirdilər.
Ədəbiyyat
redaktə- Озёра Карелии / Александров Б. М., Зыцарь Н. А., Новиков П. И., Покровский В. В., Правдин И. Ф. — Петрозаводск: Госиздат Карельской АССР, 1959. — С. 534—550. — 618 с. — 3000 экз.
- Григорьев С. В., Грицевская Г. Л. Каталог озёр Карелии. — Москва: АН СССР [Ленингр. отделение], 1959. — 239 с.
- Карелия: энциклопедия: в 3 т. / гл. ред. А. Ф. Титов. Т. 3: Р — Я. — Петрозаводск: ИД «ПетроПресс», 2011. — 384 с.: ил., карт. ISBN 978-5-8430-0127-8 (т. 3) — С. 180
İstinad
redaktə- Топозеро Arxivləşdirilib 2014-03-07 at the Wayback Machine
- Топозеро — парусные походы