Topxana Mesesi - Wikipedia
Topxana meşəsi — Şuşa şəhəri yaxınlığında yerləşən meşə[2] və dövlət qoruğu.[3][4] 1988-ci ildə dağıdılması Dağlıq Qarabağın siyasi gələcəyi ilə bağlı gərginliyə səbəb oldu, Dağlıq Qarabağ müharibəsi ilə nəticələnən sivil və inter-etnik iğtişaşlara gətirib çıxardı.
Topxana meşəsi | |
---|---|
Yerləşməsi | |
39°45′ şm. e. 46°45′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | |
Yerləşməsi | Topxana Meşəsi Dövlət Qoruğu[1] |
Yaxın şəhər | Şuşa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTopxananın adı 1795-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi yer olması ilə bağlıdır.[5] Meşənin adı yazıçı Anarın 1970-ci ildə çap edilmiş "Keçən ilin son gecəsi" əsərində çəkilir.[6] SSRİ İdman Ustası və atletik turizm üzrə mütəxəssis Yevgeni Kotlyarov Qarabağda dağ turizmi ilə bağlı 1978-ci il nəşrində "Şuşada Topxana yaylasının meşəli yaylası"nı təsvir edir. Gənclik dövrünü Şuşada keçirmiş yazıçı Elçin Əfəndiyev 1985-ci ildə nəşr edilən Sovet ədəbiyyatının tənqidi rəyi ilə bağlı kitabında gəncliyində Topxana meşəsinin tünd göy dərinliyinə baxıb ilk hekayəsinin çap edilməsini arzuladığını bildirir.
Dağıdılması
redaktəQarabağda Topxana meşəsinin qırılması 1988-ci ilin anti-sovet mitinqlərinin alovlanmasına səbəb oldu və beləliklə, 17 noyabr 1988-ci ildə Meydan hərəkatı başladı.[7]
Haqqında
redaktəQədim tarixə malik Topxana meşəsi Şuşanın nadir sərvətlərindən biridir. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar vardı. Topxana əsl təbiət möcüzəsi idi. Topxananın heyvanat aləmi ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi. Topxana meşəsində subalp və alp çəmənləri, dərin dərələrində bulaqlar olub.[8]
İşğalçı ermənilər sərvətlərimizi talan edir, meşələrimizi qırıb daşıyırlar. Təxmini məlumatlara görə, Topxanadan 2000 ədəddən çox palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınıb. Şuşanın Cıdır düzündə, "Ağzı yastı" kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında, meşənin lap hündür yerində geniş düzənlik açılıb, orada müxtəlif adda qiymətli ağaclar qırılaraq tikinti işlərində istifadə edilib.[9]
28 il 7 ay ərzində işğal altında qalmış Topxana meşəsi demək olar ki, dağıdılmış, bitki örtüyü, heyvanat aləmi məhv edilmişdir.
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Arxivlənmiş surət". 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
- ↑ Territory, natural resources, historical and cultural landmarks of the Shusha District Arxivləşdirilib 2019-05-17 at the Wayback Machine.
- ↑ Facts Discovered with Regard to the Destruction of Forests in the Occupied Parts of Azerbaijan Arxivləşdirilib 2018-10-21 at the Wayback Machine. Karabakh Research Centre. Azeri Community of Nagorno-Karabakh.
- ↑ "Topxana Meşəsi Dövlət Qoruğu". 2015-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
- ↑ Bakour Karapetyan, "The Roots of the Karabagh Problem", page 163.
- ↑ Anar Rzayev. Последняя ночь уходящего года. In: Suleyman Valiyev. Горжусь тобой, мой Азербайджан (anthology of novels by Azerbaijani writers). Azarnashr: Baku, 1970.
- ↑ "SSRİ-nin süqutu və Azərbaycanın müstəqilliyinə gedən yol". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
- ↑ "Arxivlənmiş surət". 2016-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.
- ↑ "Arxivlənmiş surət". 2014-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-27.