Toragay Palciq Vulkani - Wikipedia
Torağay palçıq vulkanı — Azərbaycan Respublikasının ən böyük palçıq vulkanlarından biridir.[1] Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Bu vulkan daha çox Çeyildağ qəsəbəsinə yaxındır və buradan da 12 km məsafədə yerləşir. Onun kraterinin diametri təxminən 900 metrdir. Bu vulkan hələ də faliyyətdədir. Vulkan 402 metr hündürlüyə malikdir.
Torağay palçıq vulkanı | |
---|---|
| |
Ümumi məlumatlar | |
Növü | palçıq vulkanı |
İlk püskürmə | 1841 |
Son püskürmə | 22 aprel 2018 |
Mütləq hündürlüyü | 402 m |
Yerləşməsi | |
40°09′55″ şm. e. 49°17′46″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəTorağay palçıq vulkanı Azərbaycanın nəhəng və relyef baxımından yaraşıqlı və kəskin ifadə olunmuş vulkanlarından biridir. Mütləq hündürlüyü olan bu vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş vermişdir, ən intensiv fəaliyyət dövrü isə dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür. Vulkan pliosen-eopleystosen süxurlarından təşkil olunmuş eyniadlı antiklinalın şimal-şərq qanadının tavan hissəsini mürəkkəbləşdirən ümumqafqaz və antiqafqaz istiqamətli qırılmaların kəsişmə düyünündə yerləşir.
Vulkan ətraf relyefin hamarlanmış formaları fonunda kəskin surətdə seçilir və özlüyündə kəsik konus görünüşlü iri dəyirmi yüksəkliyə cavab verir. Onun yamacları zirvədən dabana doğru şaxələnən çoxsaylı radial yarğan və qobularla kəsik-kəsikdir. Sonuncular vulkanın dabanına doğru genişlənərək şaquli divarlar yaratmışlar. Konusun zirvəsində 5- hündürlüklü halqavari bəndlə haşiyələnmiş 500- diametrində krater yerləşir. Bənd cənub-qərb tərəfdən yarılmış və palçıq brekçiyasının əsas axım dilləri bu istiqamətə yönəlmişdir. Kraterin səthində fəaliyyət göstərən salz və qrifonlar gözə çarpmır, lakin hündürlüyü və bünövrəsinin diametri 6 m-ə çatan 5-6 pilpilənin (sopkanın) konusları hələ də qalmaqdadır. Vulkanın bünövrəsinin sahəsi 10 kv. km, palçıq brekçiyasının orta qalınlığı , püskürmə məhsulunun ümumi həcmi isə 350 mln. kub.m-ə çatır.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Palçıq vulkanları. Arxivləşdirilib 2015-03-18 at the Wayback Machine mct.gov.az (az.)
- ↑ Kəngərli Tələt Nəsrulla oğlu, Babayev Şıxəli Əli İkram oğlu. "Azərbaycan Respublikasının geoloji irsi". Bakı: Nafta-Press, 2013.