Torpaq Kosmos Qarsiliqli Elaqe Film 1984 - Wikipedia
Torpaq-kosmos-qarşılıqlı əlaqə | |
---|---|
Janr | sənədli film |
Rejissor | Ruslan Şahmalıyev |
Ssenari müəllifləri |
Tofiq İsmayılov Ruslan Şahmalıyev |
Operatorlar |
Nemət Rzayev Anatoli İvanov |
Bəstəkar | Rafiq Babayev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1984 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1984 |
Texniki məlumatlar |
5 hissə 1350 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəBu gün, insan hər iki qütbü fəth edəndən, Yerdə praktiki olaraq "ağ ləkələr" qalmayandan sonra, biz cazibə qüvvəsini dəf edib ulduzlara hücum etdik, sözün həqiqi mənasında Yer planetini özümüz üçün kəşf etdik.
XX əsrin güclü sənayesi ilə ətraf mühitin dramatik qarşılıqlı əlaqəsi zəmanəmizin ən sərt və vacib məsələlərindən biridir.
"Ekologiya", "Ətraf mühitin mühafizəsi"-bu sözlər dünya mətbuatında hər gün səslənir. Ən müdrik və ağıllı insanlar, beş qitənin ən qabaqcıl alimləri haray qaldırır, torpağımızı çirkləndirməkdən, onun varını-meşələri, çayları, okeanları, atmosferi, birbaşa məhv olmaqdan xilas etməyə çağırırlar.
Elmi-kütləvi film Yerin nə olduğu barədə onun insanla mürəkkəb əlaqəsi haqqında danışır. Film eyni zamanda insan zəkasının geniş yaradıcılıq imkanları haqqındadır.
Bu kinolent insana həsr olunmuş himndir.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Ruslan Şahmalıyev
- Ssenari müəllifi: Tofiq İsmayılov, Ruslan Şahmalıyev
- Operator: Nemət Rzayev, Anatoli İvanov
- Bəstəkar: Rafiq Babayev
- Səs operatoru: Nataliya Nuriyeva
Mənbə
redaktə- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.