Tramvay Problemi - Wikipedia
Tamvay problemi — etika və psixologiyada daha çox sayda insanı xilas etmək üçün bir nəfəri qurban verib-verməmək kimi dilemmaların ələ alındığı təcrübələr silsiləsi. 1967-ci ildə Filip Fut[ing.] tərəfindən təklif olunmuşdur. 1985-ci ildə Harvis Tomson[ing.] dilemmanın alternativ versiyasını təklif etdi.[1] Bu situasiya adətən, irəliləyən tramvayın və ya trolleybusun yolda bir neçə nəfərlə (ənənəvi olaraq beş nəfər) toqquşaraq onları öldürməsi ssenarisi ilə başlayır və sürücü və ya ətrafdakı hər hansı bir şəxsin müdaxilə edərək yalnız bir nəfəri öldürəcəyi halda müvafiq nəqliyyatı başqa yola yönləndirərək onları xilas etməsi seçimi irəli sürülür. Bu problem daha sonralar irəliləyən başqa bir nəqliyyat vasitəsi və ya başqa analoji ölüm-dirim dilemmaları kimi də ortaya qoyulmuşdur.
İstinadlar
redaktə- ↑ Rzayeva, Gülnaz. SÜNİ İNTELLEKT, İNSAN HÜQUQLARI VƏ FƏRDİ MƏLUMATLARIN TƏHLÜKƏSİZLİYİ (az.). Bakı: NURLAR. 2021. 90. ISBN 978 - 9952 - 528 - 74 - 9.