Transxezer Fiber Optik Kabel Xetti - Wikipedia
Transxəzər Fiber-Optik Kabel Xətti — layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında Xəzər dənizinin dibi ilə yüksək məlumat ötürmə imkanına sahib magistral fiber-optik kabel xətlərinin çəkilməsi üzrə layihədir[1].
Transxəzər Fiber-Optik Kabel Xətti | |
---|---|
Ümumi məlumatlar | |
İstismara verilib | 2021-2022 |
Operatoru | AzerTelecom, Transtelecom, KazTransCom, Türkməntelekom |
Uzunluğu | Azərbaycan -Qazaxıstan marşrutu 380-400 km, Azərbaycan-Türkmənistan marşrutu 300 km |
Yerləşməsi | |
Ölkələr |
Layihənin məqsədi Xəzər dənizinin dibi ilə iri həcmli məlumatların ötrülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmaqdır. Layihə Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən Azerbaijan Digital Hub proqramı çərçivəsində magistral internet provayderi AzerTelecom şirkəti tərəfindən icra edilir[2].
Tarixi
redaktəTransxəzər Fiber-Optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Azerbaijan Digital Hub proqramı[3] çərçivəsində icra olunan layihə iki marşrutdan Azərbaycan-Qazaxıstan və Azərbaycan-Türkmənistan marşrutlarından ibarətdir.
Azərbaycan-Qazaxıstan marşrutu
redaktə19 mart 2019-cu il tarixində layihənin ilk hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş[4] imzalanıb. Daha sonra saziş Azərbaycan dövləti tərəfindən təsdiq edilib[5]. 17 may 2019-cu il tarixdə isə sözügedən dövlətlərarası saziş Qazaxıstan hökuməti tərəfindən də təsdiq edilib[6].
Azərbaycan-Qazaxıstan marşrutu Siyəzən və Aktau coğrafi məkanları arasında çəkiləcək və kabel xəttinin ümumi uzunluğu 380-400 km olacaq. Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək və layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra ediləcək. Kabel xətti Avropa qitəsindən internet və kontentin Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək.
19 noyabr tarixində Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim baş tutub və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov, Qazaxıstan Respublikasının Baş Naziri Askar Mamin, digər dövlət rəsmiləri, eləcə də sazişin tərəfləri olan operator-şirkətlərin rəhbərləri tədbirdə iştirak ediblər[7][8].
Azərbaycan-Türkmənistan marşrutu
redaktəLayihə çərçivəsində ikinci marşrut Azərbaycan-Türkmənistan marşrutudur. Bu marşrutun çəkilməsi ilə bağlı hüquqi sənəd – dövlətlərarası saziş 28 noyabr 2019-cu il tarixində Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş "Türkməntel 2019" - 12-ci Beynəlxalq Telekom və İT Sənayesi sərgisi çərçivəsində imzalanıb[9]. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək[10].
Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək.
Layihə region ölkələrinə yeni bağlantı (connectivity) imkanlarının təqdim edilməsinə imkan verəcək.
Əhəmiyyəti və layihənin operatorları
redaktəTransxəzər Fiber-Optik kabel xətti Azərbaycan vasitəsilə Avropa ilə Asiya arsında rəqəmsal telekommunikasiya dəhlizinin, başqa sözlə tarixi ipək yolu üzərində artıq yeni rəqəmsal ipək yolunun formalaşmasına və Asiya ölkələrinin Azərbaycan vasitəsilə data trafiki və kontenti əldə etməsinə imkan verəcək. Layihənin reallaşması Azərbaycanı Asiya və Avropa arasında Regional Rəqəmsal Mərkəzə çevirəcək[11].
Layihə Avropa, Cənubi Qafqaz, Orta Asiya, Cənubi Asiya və Uzaq Şərq kimi regionları əhatə edəcək. Hər iki marşrut üzrə kabel xətləri vasitəsilə ümumi məlumat ötürmə gücü 6-9 terabit\s təşkil edəcək.
Layihənin operatorları hər üç ölkə tərəfindən telekommunikasiya qurumlarıdır. Azərbaycan tərəfdən hər iki maşrutun operatoru magistral internet provayderi AzerTelecom şirkətidir. Qazaxıstan tərəfdən operatorlar Transtelecom və KaztransCom şirkətləri, Türkmənistann tərəfdən isə Türkməntelekom operatorudur.
Mənbə
redaktə- ↑ "AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başlayıb - Trend İnformasiya Agentliyi". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "AzerTelecom запускает проект «Транскаспийская магистраль» -Информационно-аналитический и мониторинговый портал Haqqin.az". 2021-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ ""AzerTelecom" Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün "Azerbaijan Digital Hub" proqramını icra edir - Trend Informasiya Agentliyi". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Утверждено новое соглашение между Азербайджаном и Казахстаном". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Ильхам Алиев утвердил соглашение о создании Транскаспийской ВОЛС". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Цифровой телекоммуникационный коридор между Европой и Азией пройдет через Каспийское море". 2019-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "China Daily:"Kazakh, Azerbaijani PMs launch construction of fiber optic links along the bottom of Caspian Sea"". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Sputniknews:"Казахстан и Азербайджан проложат цифровой "коридор" по дну Каспия"". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Azərbaycan və Türkmənistan Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı saziş imzalayıb". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Belt & Road News:"Trans-Caspian Fibre Optic agreement Signed"". 2019-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Azərbaycan və Türkmənistan arasında Xəzərin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi barədə Azərbaycan Dövlət Televiziyasının (AZTV) şərhi". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
Xarici keçidlər
redaktə- “AzerTelecom” Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir - Marja.az
- Kazakhstan Launch Fiber-Optic Cable Construction Along Caspian Sea - Caspiannews.com[ölü keçid]
- Azerbaijan Boosts Digital Connection Between Europe And Asia With 2nd Subsea Fiber-Optic Cable -Caspiannews.com
- Премьер-Министры Казахстана и Азербайджана дали старт строительству ВОЛС по дну Каспийского моря - Официальный информационный ресурс Премьер-Министра Республики Казахстан
- Фуад Аллахвердиев: С реализацией Azerbaijan Digital Hub Азербайджан превратится в региональный цифровой центр
- С участием AzerTelecom в Казахстане состоялась церемония начала работ по TransCaspian Fiber Optiс - CBC TV
- TransCaspian Fiber Optic layihəsi ARB TV-nin Günə Baxış verilişində təhlil edilib
- AzerTelecom' şirkətinin Baş direktoru Fuad Allahverdiyevin ARB 24 kanalına müsahibəsi
- «Надеемся сотрудничать с Туркменистаном» - Интервью информационному агентству Туркменпортал
- Trans-Caspian backbone Project approved by Kazakhstan - Belt & Road News Arxivləşdirilib 2019-12-20 at the Wayback Machine