Trir Kurfurstluyu - Wikipedia
Trir Kurfurstluyu - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Trir kürfürstlüyü (alm. Kurfürstentum Trier və ya alm. Kurtrier; fr. Électorat de Trèves) IX əsrin sonundan XIX əsrin əvvəllərinə qədər mövcud olmuş Müqəddəs Roma İmperiyasının knyaz-yepiskopluğu idi. Bu kürfürstlük avtomatik Trir yeparxiyasının arxiyepiskopuna verilirdi. İmperiyada Trir kürfürstündən başqa iki ruhani kürfürst də var idi: Mayns kürfürstlüyü və Köln kürfürstlüyü.
Kürfürstlük | |||||
Trir kürfürstlüyü | |||||
---|---|---|---|---|---|
alm. Kurfürstentum Trier | |||||
|
|||||
|
|||||
Paytaxt | Trir | ||||
Rəsmi dilləri | |||||
İdarəetmə forması | Knyaz-arxiyepiskopluq | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Kürfürstlərin paytaxtı Trir idi; XVI əsrdən etibarən isə kürfürstün əsas iqamətgahı Koblensdə idi. 1803-cü ildə alman vasitəçiliyi zamanı kürfürstlük dünyəviləşdirildi. Trir kürfürstü arxiyepiskop kimi ərazisi kürfürstlüyə uyğun gəlməyən Trir yeparxiyasını da idarə edirdi.