Tropikler - Wikipedia
Tropiklər (qədim yunan dilində τροπικός κύκλος — dönmə dairəsi) — Yerin iqlim zonaları. 23°26′14″ bucaq Yerin fırlanma oxunun meyl bucağı olduğundan, ciddi coğrafi mənada tropiklər – ekvatorun 23°26′14″ (və ya 23,43722°) cənubunda və şimalında yerləşən və Günəşin günorta öz zenitinə qalxa biləcəyi ən böyük enliyi təyin edən əsas paralellər Oğlaq Tropik (Cənub Tropik) və Xərçəng Tropik (Şimali Tropik) arasında yerləşir. Xərçəng və Oğlaq Tropiklərində Günəş ildə yalnız bir dəfə öz zenitində olur: müvafiq olaraq yay gündönümü və qış gündönümü günü. Bütün aralıq enliklərdə, günorta saatlarında Günəş ildə 2 dəfə, illik hərəkət zamanı bir dəfə şimala, ikinci dəfə isə cənuba doğru zenitdədir.
Tropik bölgələr isti iqlim ilə xarakterizə olunur.
Tropikin əksi qütb dairəsidir, burada enlik (90°- 23°26'14″ = 66°33'46″) təşkil edir.
Tropiklər yer səthinin 40%-ni təşkil edir və yerin 36%-ni əhatə edir. 2014-cü ildə dünya əhalisinin 40%-i bu regionda yaşayırdı və 2050-ci ilə qədər bu rəqəmin daha 10% artacağı proqnozlaşdırılır.
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |